İstehsalat təcrübəsi davam edir


\
Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyində keçirilən növbəti istehsalat təcrübəsi davam edir. 
Hazırlanmış təcrübə proqramına uyğun olaraq nazirliyin Gəlirlərin proqnozu şöbəsinin əməkdaşları Xəlil Vəlizadə , Əmir Aslanov və Miryaqub Seyidov şöbənin iş fəaliyyəti haqqında geniş məlumat verərək “Dövlət büdcə gəlirlərinin proqnozlaşdırılması”, Dövlət büdcəsinin gəlirləri”, “Büdcə gəlirlərinin planlaşdırılması və modelləşdirilməsi” və digər mövzular ətrafında çıxış ediblər. Sonda tələbələri maraqlandıran suallar cavablandırılıb
  • 217
Sosial şəbəkələrdə biz