“Ofis proqramları” adlı təlim keçirilib

1-3 may 2019-cu il tarixlərində Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyi yanında Maliyyə Tədris Mərkəzində  Maliyyə Nazirliyinin əməkdaşları üçün “Ofis proqlramları” adlı təlim keçirilib.
         3 modul və 9 saatdan ibarət olan təlimə Maliyyə Nazirliyinin aparatından 20 əməkdaş cəlb olunub.
Təlimin əsas məqsədi əməkdaşların kompüter biliklərinin artırılması, “Windows 7” əməliyyat sistemi haqqında ümumi məlumatın, İnternet mövzularının və Microsoft Office paketinə daxil olan bir sıra proqramların təfərrüatlı öyrənilməsidir.
          Gündəliyə uyğun olaraq təlimin ilk günündə Mərkəzin direktoru Sevinc Cabbarova əməkdaşlara Maliyyə Tədris Mərkəzi və kurs haqqında məlumat verib. İlk hissə “Windows 7” əməliyyat sistemi haqqında Maliyyə Nazirliyinin Müasir texnologiyalar və avtomatlaşdırılmış idarəetmə sistemləri şöbəsinin baş məsləhətçisi Vüsal Məmmədovun çıxışı ilə davam edib. Növbəti günlərdə “Word”, “Excell”, və “Power Point” proqramları haqqında dinləyicilərə əyani şəkildə geniş məlumat verilib.
Təlimin son günündə, ikinci hissədə keçirilən test mərhələsindən sonra dinləyicilərə Maliyyə Tədris Mərkəzinin sertifikatları təqdim edilib.
Qeyd edək ki, gələcəkdə Maliyyə Nazirliyinin tabeliyində olan yerli bölmələrinin əməkdaşları üçün eyni adlı təlimin keçirilməsi nəzərdə tutulub.
  • 79
Sosial şəbəkələrdə biz