“Büdcə anlayışı” layihəsi çərçivəsində ilk təlim keçirilib

Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyi yanında Maliyyə Tədris Mərkəzinin təşkilatçılığı ilə Naxçıvan  şəhər Heydər Əliyev adına tam orta məktəbdə “Büdcə anlayışı” layihəsi çərçivəsində ilk təlim keçirilib.
70-dən çox məktəblinin iştirak etdiyi tədbirdə məktəbin direktoru Namiq Məmmədov təlimin əhəmiyyəti barədə məlumat verib.
Tədbirin mahiyyəti və aktuallığı barədə Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyi yanında Maliyyə Tədris Mərkəzinin direktoru i.ü.f.d. Sevinc Cabbarova məlumat verib.
Sonra Maliyyə Nazirliyinin Büdcə şöbəsinin sektor müdiri Səkinə Qəhrəmanovanın slaydlar vasitəsi ilə “Büdcə anlayışı” mövzusunda çıxışı dinlənilib.
İnteraktiv mərhələdə Mərkəzin baş mütəxəssisi Zəhra İsmayılova tərəfindən interaktiv oyun vasitəsi ilə şərti ailənin gəlir və xərclərinin müqayisəli təhlili aparılıb. Məktəblilərin təqdimatları dinlənilib və səmərəli büdcə planlaşdırılması qaydaları ətrafında müzakirələr aparılıb. Bu mərhələdə 4 komanda iştirak edib.
Sonda məktəbin kitabxanasına “Oxunması zəruri olan kitabların siyahısı”na daxil edilmiş kitablar təqdim edilib.
Qeyd edək ki, gələcəkdə “Büdcə anlayışı” layihəsi çərçivəsində təlmlərin digər orta təhsil müəssisələrində də keçirilməsi nəzərdə tutulub.
  • 55
Sosial şəbəkələrdə biz