Bu gün Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyinin yaradılmasından 103 il ötür.

   Naxçıvan İnqilab Komitəsinin 1920-ci il oktyabrın 10-da qəbul etdiyi qərar ilə yaradılan Maliyyə Şöbəsi 1924-cü ilə qədər həmin ad altında fəaliyyət göstərib. Naxçıvan SSR Mərkəzi İcraiyyə Komitəsinin 1924-cü il yanvarın 18-də qəbul etdiyi qərar ilə Xalq Maliyyə Komissarlığına çevrilmişdir.
 Naxçıan MSSR Ali Soveti Rəyasət Heyətinin 30 mart 1946-cı il tarixli fərmanı ilə Naxçıvan MSSR Maliyyə Komissarlığı Naxçıvan MSSR Maliyyə Nazirliyi adlandırılıb. 
Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin 1998-ci il yanvarın 21-də imzaladığı fərmana əsasən, Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyinin və Maliyyə Nazirliyinin bazasında Naxçıvan Muxtar Respublikası Maliyyə-İqtisadiyyat Nazirliyi yaradılıb. 
Bu nazirlik Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin 2001-ci il mayın 1-də imzaladığı fərmana əsasən Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyi adlandırılıb.
Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyi Naxçıvan Muxtar Respublikasının maliyyə siyasətini işləyib hazırlayan və həyata keçirən, dövlət maliyyəsinin idarə olunmasını təşkil edən, Naxçıvan Muxtar Respublikasının büdcəsi layihəsini hazırlayan və dövlət büdcəsinin kassa icrasını təmin edən, mühasibat uçotunun təşkili və aparılması sahələrində dövlət tənzimlənməsinin, dövlət büdcəsi vəsaitindən istifadə sahələlərində dövlət nəzarətinin keçirilməsini təmin edən mərkəzi icra hakimiyyəti orqanıdır. Maliyyə Nazirliyi maliyyə, büdcə, vergi sahəsində dövlət siyasətini işləyib hazırlayır və həyata keçirilməsini aidiyyəti dövlət orqanlarının və digər təşkilatların iştirakı ilə təmin edir, dövlət və icmal büdcələrin layihələrinin mövcud qanunvericiliyə uyğun olaraq hazırlanmasını təmin edir.
  • 86
Sosial şəbəkələrdə biz