“Məzuniyyət hüququ və onun təmin edilməsi” mövzusunda təlim keçirilib.

Təlim 25 iyun 2019-cu il tarixində Maliyyə Nazirliyinin iclas zalında keçirilib. 3 saat müddətində planlaşdırılan təlimə müxtəlif təşkilatlarda fəaliyyət göstərən 21 nəfər maliyyə-mühasibat mütəxəssisi cəlb edilib.
Təlimin əsas məqsədi muxtar respublikanın dövlət büdcəsindən maliyyələşən təşkilatlarında işçilərin məzuniyyət hüququnun mövcud qanunvericiliyə uyğun olaraq təmin edilməsindən ibarətdir.
Bu məqsədlə təşkil olunmuş tədbiri Maliyyə Tədris Mərkəzinin direktoru Sevinc Cabbarova giriş sözü ilə açaraq təlimin aktuallığı və mahiyyəti barədə danışıb.
Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyinin Aparatının baş məsləhətçi - mühasibi  Məmmədnağı Əkbərovun məzuniyyət hüququ və onun təmin edilməsi ilə bağlı elektron materiallarla zənginləşdirilmiş geniş çıxışı olub. Bildirilib ki, işçilər vəzifəsindən (peşəsindən), əmək şəraitindən və əmək müqaviləsinin müddətindən asılı olmayaraq, qanunvericilik ilə müəyyən edilmiş məzuniyyətlərdən istifadə etmək hüququna malikdirlər.
Əsas məzuniyyət, əlavə məzuniyyət, əsas və əlavə məzuniyyətlərin müddətlərinin cəmlənmə qaydası, məzuniyyət haqqı ödənilərkən nəzərə alınan əmək haqqı növləri, məzuniyyət vaxtı üçün orta əmək haqqının hesablanması qaydası və orta əmək haqqının əmsallaşdırılması barədə ümumi tələblər diqqətə çatdırılıb.
Təlim praktiki işlə davam edib və sonda dinləyiciləri maraqlandıran suallar ətrafında geniş müzakirələr aparılıb.
  • 19
Sosial şəbəkələrdə biz