İstehsalat təcrübəsi davam edir
Naxçıvan Dövlət Universitetinin İqtisadiyyat və İdarəetmə fakültəsinin qiyabi şöbəsinin “Mühasibat uçotu və audit” ixtisası üzrə V kurs tələbələrinin Maliyyə Nazirliyində keçirilən istehsalat təcrübəsi davam edir. Hazırlanmış təcrübə proqramına uyğun olaraq nazirliyin Büdcə şöbəsinin əməkdaşları Abbas Hüseynov, Ramil Hüseynov və Elxan Sultanov şöbənin iş fəaliyyəti haqqında geniş məlumat verərək “Dövlət büdcəsindən maliyyələşən təşkilatlarda əmək haqqının müəyyən edilməsi”, “Vahid Tarif Cədvəli”, “Təhsil sahəsində çalışan, diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin əmək haqqının hesablanması”, “Azərbaycan Respublikasının Büdcə sistemi”, “Büdcə sisteminin xərc istiqamətləri”, “Müdafiə olunan xərc maddələri”, “Büdcə xərclərinin funksional təsnifatı” ,“Büdcə təşkilatlarında smeta xərclərinin planlaşdırılması” və digər mövzular ətrafında çıxış ediblər. Sonda tələbələri maraqlandıran suallar cavablandırılıb.