İstehsalat təcrübəsi sona çatır
Naxçıvan Dövlət Universitetinin İqtisadiyyat və İdarəetmə fakültəsinin qiyabi şöbəsinin “Mühasibat uçotu və audit” ixtisası üzrə V kurs tələbələrinin Maliyyə Nazirliyində keçirilən istehsalat təcrübəsi sona çatır.
Hazırlanmış təcrübə proqramına uyğun olaraq Maliyyə Nazirliyi yanında Maliyyə Tədris Mərkəzinin əməkdaşları Mənsumzadə Aytən və Tarverdiyev Emil mərkəzin iş fəaliyyəti haqqında məlumat verib, “Sığorta ödəmələrinin mahiyyəti və təsnifatı”, “Maliyyə bərabərliyinin tərkibinə daxil olan maddələrin izahı”, “Maliyyə hesabatı formalarının hazırlanması” ilə bağlı slaydlar təqdim olunub, son maliyyə hesabatlarının hazırlanmasına dair praktiki nümunələr göstərilərək mövzu ilə bağlı tələbələrin sualları cavablandırılıb.
Sonda Mərkəzin direktoru Mehriban İmanova əməkdaşlarla birgə tələbələrə xoş arzularını çatdırıb, gələcək işlərində uğurlar arzulayıb.