Naxçıvan şəhər Maliyyə İdarəsindən maliyyələşən təşkilatların “QR kodlu yeni əməliyyat sistemi” ilə bağlı təlim keçirilmişdir.

Təlim 18 iyul 2019-cu il tarixdə Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyi yanında Maliyyə Tədris Mərkəzinin tədris zalında keçirilib. 1,5 saat müddətində planlaşdırılan təlimə Naxçıvan şəhər İcra Hakimiyyətinin tabeli təşkilatlarından 16, Naxçıvan şəhər Gömrük İdarəsindən, Naxçıvan şəhər Gömrük Mühafizə Xidmətindən,  Naxçıvan şəhər Təhsil Şöbəsindən, Naxçıvan şəhər Gigiyena və Epidemiologiya Mərkəzindən, Naxçıvan şəhər Mədəniyyət Şöbəsindən, Dövlət Sosial Müdafiə Fondunun Naxçıvan şəhər Şöbəsindən, Naxçıvan şəhər Vergilər İdarəsindən, Naxçıvan şəhər Əhalinin Sosial Müdafiəsi Mərkəzindən 1 nəfər olmaqla ümumilikdə 24 mütəxəssis cəlb edilib.   
Tədbirin mahiyyəti və aktuallığı barədə Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyi yanında Maliyyə Tədris Mərkəzinin direktoru Sevinc Cabbarova ətraflı məlumat verib.
Sonra Naxçıvan şəhər Maliyyə İdarəsinin Büdcə və iqtisadi təhlil sektorunun Baş məsləhətçisi Möhlət Zamanovun “QR kodlu əməliyyat sistemi haqqında” hazırlanmış təlim materialı təqdim olunub. QR kod haqqında əsas anlayışlar,  xərc əməliyyatlarının aparılması üçün tərtib olunan yeni ödəniş tapşırığında edilmiş dəyişikliklər və əməliyyat istiqamətləri barədə slaydlar vasitəsilə iştirakçılara məlumat verilib. Təlimin sonunda dinləyicilər tərəfindən ünvanlanmış suallar müzakirə olunmuş və cavablandırılmışdır.
  • 26
Sosial şəbəkələrdə biz