Naxçıvanda "Maliyyə və mühasibatlıq" sahəsində yeni kitab nəşr olunub

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 10 fevral 2018-ci il tarixli sərəncamı ilə yaradılmış Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyi yanında Maliyyə Tədris Mərkəzi muxtar respublikada maliyyə və mühasibatlıq sahəsində çalışan işçilərin peşə hazırlığının təkmilləşdirilməsi, ixtisaslarının artırılması, yenidən hazırlanması və bu sahədə digər zəruri tədbirlərin görülməsi işini həyata keçirir. Bu istiqamətdə aparılan işlərin davamı olaraq bu praktiki dərs vəsaiti Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyi yanında Maliyyə Tədris Mərkəzinin təşşəbüsü ilə hazırlanmışdır.
Dərs vəsaitinin müəllifləri Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyinin yanında Maliyyə Tədris Mərkəzinin direktoru, iqtisad üzrə fəlsəfə doktoru Sevinc Cabbarova, Naxçıvan Dövlət Universitetinin mühasibat uçotu və maliyyə kafedrasının dosenti Nuriyyə İbrahimova və iqtisadçı-ekspert Rauf Qarayev, rəyçiləri isə Naxçıvan Dövlət Universitetinin müəllimləri Teymur Abbasov, Əşrəf Ələkbərov, Ceyhun Mahmudovdur.
Naxçıvan Dövlət Universiteti Elmi Şurasının iclasının müvafiq qərarı ilə çap olunan dərs vəsaitində Milli Mühasibat Uçotu və Maliyyə Hesabatlarının Beynəlxalq standartlarına uyğun olaraq, əməkhaqqı, ezamiyyə, kompensasiya, əmək kitabçası, məzuniyyət, ştat cədvəli, təhsil, təzminat, yardım, əlillik, müqavilə, pensiya, maddi məsuliyyət, sınaq müddəti, əmrin tərtibi, bərpa, işdən azadetmə, işçinin qiymətləndirilməsi, məşğulluq, vergi məcəlləsində dəyişikliyin izahı, sosial sığorta haqqında qanunda dəyişiklik, kommersiya mühasibatlığında əməkhaqqının hesablanması, büdcə mühasibatlığında ezamiyyə, avans, əməkhaqqı, əmək pensiyasının təyin edilməsi, işsizlikdən sığorta haqqında qanunda olan dəyişikliklər tədqiq olunur və aktual suallara əsaslı və qanunvericiliyin tələblərinə uyğun cavablar əks etdirilir.
“Əmək münasibətlərinin praktiki uçotu” adlı dərs vəsaiti iqtisadi təmayüllü ali təhsil müəssisələrinin tələbələr, magistrlar, müəllimlər, müəssisələrdə çalışan mühasiblər, auditorlar, iqtisadçılar və mühasibat elminə maraqlı digər şəxslər üçün nəzərdə tutulub.
  • 53
Sosial şəbəkələrdə biz