“Büdcəmizi anlayaq” layihəsi çərçivəsində növbəti təlim keçirilib

Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyi yanında  Maliyyə Tədris Mərkəzinin təşkilatçılığı ilə Naxçıvan  şəhər Eynəli Sultanov adına 7№ li tam orta məktəbdə “Büdcəmizi anlayaq” layihəsi çərçivəsində növbəti  təlim keçirilib. 
70-dən çox məktəblinin iştirak etdiyi tədbirdə məktəbin direktoru Aygün Hüseynova təlimin  əhəmiyyəti barədə məlumat verib.
Sonra  tədbirin mahiyyəti və aktuallığı barədə Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyi yanında Maliyyə Tədris Mərkəzinin direktoru i.ü.f.d. Sevinc Cabbarova məlumat verib.
Növbəti mərhələdə isə slaydlar vasitəsi ilə “Büdcəmizi anlayaq” mövzusunda Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyinin Dövlət aparatının və hüquq-mühafizə orqanlarının maliyyəsi şöbəsinin baş məsləhətçisi Xəlil Vəlizadə çıxış edib, interaktiv hissəsində Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyi yanında Maliyyə Tədris Mərkəzinin baş mütəxəssisi Zəhra İsmayılova tərəfindən interaktiv oyun vasitəsi ilə şərti ailənin gəlir və xərclərinin müqayisəli təhlili aparılıb. Məktəblilərin təqdimatı dinlənilib və səmərəli büdcə planlaşdırılması qaydaları ətrafında müzakirələr aparılıb. Bu mərhələdə 3 komanda iştirak edib.İnteraktiv mərhələdən sonra fəal iştirak edən komandalara Maliyyə Tədris Mərkəzinin sertifikatları təqdim olunub.
“Büdcəmizi anlayaq” layihəsinin muxtar respublikanın digər ümumtəhsil məktəblərində  də  keçirilməsi nəzərdə tutulub.
  • 27
Sosial şəbəkələrdə biz