Baş mühasiblər üçün maarifləndirici tədbir keçirilib
Əvvəlcə Maliyyə Tədris Mərkəzinin direktoru Mehriban İmanova tədbirin məqsədinin peşəkar mühasib sertifikatının əldə edilməsi prosesi ilə bağlı baş mühasiblərin məlumatlandırılması və bu məqsədlə Azərbaycan Respublikası Dövlət İmtahan Mərkəzi tərəfindən keçiriləcək imtahana hazırlıq səviyyəsinin öyrənilməsindən ibarət olduğunu qeyd edib.
Bildirilib ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 1 noyabr tarixli 401 saylı qərarına əsasən büdcə təşkilatlarının 2023-cü il yanvarın 1-dək işə qəbul edilən baş mühasibləri 2024-cü il 30 dekabr tarixinədək peşəkar mühasib sertifikatına sahib olmalıdır.
Sonra tədbir iştirakçılarının mühasibat uçotu ilə bağlı bilik səviyyələrinin yoxlanılması məqsədilə test imtahanı keçirilib.
Qeyd edək ki, maarifləndirici tədbir rayonlar üzrə müəyyən edilmiş bölgü əsasında 3 gün davam edəcək.