Ordubad şəhər tam orta internat məktəbi şagirdlərinin Naxçıvan şəhərinə səfəri təşkil edilib.

İlk olaraq uşaqlar Naxçıvan şəhərində “Əyləncə adası” istirahət parkında əyləncəli, səmərəli vaxt keçiriblər. Sonra onlar üçün yemək süfrəsi hazırlanıb, əyləncə təşkil edilib, hədiyyələr təqdim olunub.
Uşaqları salamlayan Naxçıvan Muxtar Respublikasının maliyyə naziri vəzifələrinin müvəqqəti icraçısı, nazir müavini Həsən İsmayılov onları şəhərimizdə qonaq etməkdən olduqca məmnun olduqlarını və bu tipli sosial tədbirləri tez-tez həyata keçirəcəklərini qeyd etdi. Sonra qarşıdan gələn Novruz bayramı münasibətilə uşaqları təbrik edən nazir müavini onlara hədiyyələr təqdim etdi.
Qeyd edək ki, tədbir Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyinə həsr olunmuş tədbirlər çərçivəsində həyata keçirilib.
  • 18
Sosial şəbəkələrdə biz