Baş mühasiblər üçün keçirilən maarifləndirici tədbir davam etdirilib

Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyi yanında Maliyyə Tədris Mərkəzi tərəfindən muxtar respublikanın yerli xərclərdən maliyyələşən büdcə təşkilatlarının maliyyə-mühasibatlıq üzrə fəaliyyət göstərən baş mühasibləri üçün keçirilən maarifləndirici tədbir növbəti gün davam etdirilib.
Ordubad və Sədərək rayonunda fəaliyyət göstərən büdcə təşkilatlarının baş mühasibləri peşəkar mühasib sertifikatının əldə edilməsi prosesi ilə bağlı məlumatlandırılıb, sonra isə onların mühasibat uçotu üzrə bilik səviyyələrinin yoxlanılması məqsədilə test imtahanı keçirilib.

  • 22
Sosial şəbəkələrdə biz