Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın xatirəsi yad edilib.

Tədbiri giriş sözü ilə açan Maliyyə Tədris Mərkəzinin direktoru Mehriban İmanova gözlərə işıq, qəlblərə nur bəxş edən Zərifə xanım Əliyevanın keçdiyi həyat yolundan, mənəvi dünyasından, oftalmologiya elminin inkişafındakı zəngin və çoxcəhətli xidmətlərindən bəhs edib. Vurğulanıb ki, Azərbaycan oftalmologiyasını dünya səviyyəsində tanıdan Zərifə xanımın elmi fəaliyyəti bu gün də müasir oftalmoloqlar üçün olduqca faydalı mənbədir.
Çıxışının sonunda Mehriban İmanova qeyd etdi ki, akademik Zərifə xanım Əliyevanın xatirəsi daim anılacaq, xalqımızın qəlbində şəfqətli həkim, ömrünü insanların sağlamlığına həsr etmiş ictimai xadim, sədaqətli həyat yoldaşı, qayğıkeş ana kimi əbədi yaşayacaqdır.
Sonda tədbir iştirakçıları üçün Zərifə xanım Əliyevanın həyat və fəaliyyətinə həsr edilmiş televiziya filmi nümayiş olundu.
  • 6
Sosial şəbəkələrdə biz