Maliyyə Nazirliyində növbəti imtahan keçirilib

          7 dekabr 2019-cu il tarixində Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyinin əməkdaşlarının peşəkarlığı və bilik səviyyələrinin yoxlanılması məqsədilə növbəti test imtahanı keçirilib. Bu məqsədlə Maliyyə Tədris Mərkəzi tərəfindən test bazası yaradılıb. Bu dəfə imtahana qruplar şəklində Nazirliyin aparatından və yerli bölmələrindən ümumilikdə 35 əməkdaş cəlb edilib. İmtahan Nazirliyin Müasir texnologiyalar və avtomatlaşdırılmış idarəetmə sistemləri şöbəsi tərəfindən yeni yaradılmış müasir elektron sistem vasitəsilə fərdi kompüterlərdə keçirilib.
Əməkdaşlara qanunvericilik, maliyyə sahəsi, dünyagörüşü, məntiq və digər mövzularla əlaqədar ümumilikdə 60 sual təqdim edilib.
Nəticələr haqqında məlumat operativ olaraq imtahan bitdikdən sonra iştirakçılara çatdırılıb. Qeyd edək ki, imtahan nəticələri gələcəkdə əməkdaşların motivasiya prosesinə təsir göstərəcək.
  • 126
Sosial şəbəkələrdə biz