Məktəblilər üçün “Büdcəmizi anlayaq” təlimi təşkil edilib

         Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin və Maliyyə Nazirliyi yanında Maliyyə Tədris Mərkəzinin təşkilatçılığı ilə Naxçıvan şəhərindəki 14 nömrəli tam orta məktəbdə “Büdcəmizi anlayaq” layihəsi çərçivəsində növbəti təlim keçirilib.50-dən çox məktəblinin iştirak etdiyi təlimdə Maliyyə Tədris Mərkəzi tərəfindən təlimin mahiyyəti, məktəbli büdcəsinin səmərəli istifadəsi, qənaət, maliyyə məqsədlərinin düzgün qoyulması barədə məlumat verilib.Təlimin interaktiv hissəsində xüsusi oyun vasitəsi ilə şərti ailənin gəlir və xərclərinin müqayisəli təhlili aparılıb. Sonra məktəblilərin təqdimatı dinlənilib. Bu mərhələdə 3 komanda iştirak edib. İnteraktiv mərhələdən sonra fəal iştirak edən komandalara Maliyyə Tədris Mərkəzinin sertifikatları təqdim olunub.
  • 187
Sosial şəbəkələrdə biz