Ali Məclisin Sədri Vasif Talıbov “Şərəf” ordeni ilə təltif edildi


Prezident İlham Əliyev yanvarın 13-də Vasif Talıbovun “Şərəf” ordeni ilə təltif edilməsi haqqında Sərəncam imzalayıb. Sərəncamda deyilir:
"Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:
Azərbaycan Respublikasında dövlət quruculuğu işlərində xüsusi xidmətlərinə görə Vasif Yusif oğlu Talıbov “Şərəf” ordeni ilə təltif edilsin".
Yanvarın 14-ü Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovun doğum günü-60 illik yubileyidir.  Ali Məclis Sədrimizi doğum günü münasibəti ilə təbrik edir, can sağlığı, uzun ömür arzulayırıq.
  • 129
Sosial şəbəkələrdə biz