Dövlət qulluqçuları arasında intellektual bilik yarışı keçirilib

Əvvəl Maliyyə Tədris Mərkəzinin direktoru Mehriban İmanova çıxış edərək Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən dövlət qulluğunun müasir tələblər səviyyəsində təşkili və təkmilləşdirilməsinin daim diqqət mərkəzində olduğunu, dövlət qulluqçularının 100 illik yubileyini qeyd etdiyimiz muxtar diyarın hərtərəfli inkişafına öz səmərəli fəaliyyəti ilə töhfə verdiyini qeyd edib, peşə bayramı
münasibətilə yarış iştirakçılarını təbrik edib və uğurlar arzulayıb.
Yarış Nazirlikdə fəaliyyət göstərən dövlət qulluqçuları arasında keçirilib. Hər birində 5 nəfər olmaqla 4 komanda, ümumilikdə 20 nəfər dövlət qulluqçusunun iştirakı ilə keçirilən bilik yarışında qanunvericilik, ümumi dünyagörüşü, maliyyə mövzularında 100 sual təqdim olunub. Komandaların internetə çıxışı təmin edilməklə “Kahoot” - biliyin ölçülməsi sistemi vasitəsilə iştirakçıların bilik və bacarıqları qiymətləndirilib. “Əlincəqala“ komandası I yerin, “Nuhçıxan“ komandası II, “Möminəxatun“ komandası III yerin qalibi olub. Qalib komandanın üzvlərinə diplomlar təqdim edilib.
  • 108
Sosial şəbəkələrdə biz