Əmək qanunvericiliyi, kadr və kargüzarlıq işinin təşkilinə dair 2 günlük təlim keçirilib

Təlim Maliyyə Nazirliyi yanında Maliyyə Tədris Mərkəzinin tədris zalında keçirilib. Təlimdə dövlət büdcəsindən maliyyələşən bir sıra təşkilatların bu sahə üzrə çalışan mütəxəssisləri və iştirak üçün qeydiyyatdan keçmiş şəxslər olmaqla ümumilikdə 24 nəfər iştirak edib.
Təlimin təşkil olunmasında məqsəd kadr və kargüzarlıq işinin qanunvericiliyə uyğun təşkili, insan resurslarının idarə olunmasının təkmilləşdirilməsi, iş təcrübəsinin yüksəldilməsi və bu sahədə yeniliklərin tətbiqidir.
Təlimi ekspert qismində Nazirliyin Ümumi işlər və kadrlar şöbəsinin müdiri Tural Əliyev keçib. Azərbaycan Respublikasının əmək qanunvericiliyi, “Dövlət qulluğu haqqına” Azərbaycan Respublikasının Qanununun müvafiq maddələri, əmək müqaviləsi, məzuniyyət hüququnun tənzimlənməsi, məzuniyyət və onun növləri, əmək və icra intizamının pozulmasına görə intizam məsuliyyəti və onun növləri, kadrlara dair tələblərin müəyyənləşdirilməsi, kargüzarlığın aparılması və təkmilləşdirilməsi ilə bağlı mövzular müzakirə olunub.
Sonra iştirakçılara mövzuları əhatə edən test tapşırıqları verilib və müvafiq qiymətləndirmə aparılıb. Nəticəyə uyğun olaraq müvəffəqiyyət qazanmış iştirakçılara “Əmək münasibətlərinin praktiki uçotu” kitabı və Maliyyə Tədris Mərkəzinin sertifikatları təqdim olunub.
Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyinin mətbuat xidməti
  • 51
Sosial şəbəkələrdə biz