“Gənclərdə Büdcə Savadlılığı” layihəsi çərçivəsində təlim keçirilib

Təlim 27 fevral 2020-ci il tarixində Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyi yanında Maliyyə Tədris Mərkəzinin təşkilatçılığı ilə Naxçıvan Musiqi Kollecinin iclas zalında keçirilib. Təlimə Kollecdə təhsil alan 50-dən çox tələbə cəlb olunub.
Proqrama uyğun olaraq Maliyyə Nazirliyinin əməkdaşı Ramil Hüseynov tərəfindən “Dövlət büdcəsini anlayaq” mövzusunda hazırlanmış təlim materialı təqdim olunub. Elektron materiallar vasitəsi ilə Azərbaycan Respublikası dövlət büdcəsinin məqsədi, dövlət büdcəsinin layihəsinin tərtibi, müzakirəsi, təsdiqi, icrası, icrasına nəzarət və büdcədənkənar fondlar, ehtiyat fondları haqqında ətraflı məlumat verilib.
Növbəti çıxış isə Maliyyə Nazirliyinin digər əməkdaşları Xəlil Vəlizadə və Qənbər Xudiyev tərəfindən olmuş, “Fərdi və ailə büdcəsinin tərtibi, tətbiqi” mövzusunda təlim aparılmışdır. Mövzuya müvafiq olaraq fərdi büdcənin effektiv planlaşdırılmasının məqsəd və əhəmiyyəti, ailə büdcəsinin təhlil olunmasının vacibliyi, xərclərin müəyyən edilməsi və təhlili, pulun idarə olunması və xərclərin gəlirlərə uyğun qurulması işlərinin əhəmiyyəti barədə danışılıb.
Sonuncu mərhələdə isə tələbələrin bu mövzular ətrafında bilik səviyyələrinin yoxlanılması məqsədilə interaktiv mərhələ keçirilib. Bu mərhələdə 4 komanda iştirak edib və iştirakçılara mərhələnin nəticələrinə müvafiq fərqləndirici sertifikatlar təqdim olunub.
  • 211
Sosial şəbəkələrdə biz