Maliyyə savadlılığı üzrə “Gələcəyini planlaşdır” adlı növbəti təlim keçirilib

Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin və Maliyyə Nazirliyi yanında Maliyyə Tədris Mərkəzinin birgə təşkilatçılığı ilə maliyyə savadlılığı üzrə “Gələcəyini planlaşdır” adlı təlimə start verilib. Təlim 4-5 mart 2020-ci il tarixlərində Komitənin iclas zalında keçirilib. Təlimdə sahibkarlıqla məşğul olan 30 nəfər iştirak edib.
Tədbiri giriş sözü ilə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Ramilə Seyidova açaraq iştirakçıları salamlayıb.
Təlimin mahiyyəti və aktuallığı barədə Maliyyə Tədris Mərkəzinin direktoru Sevinc Cabbarova geniş məlumat verərərək iştirakçılar mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıb.
Gündəliyə uyğun olaraq təlimin ilk günü Nazirliyin əməkdaşı Pərvin Cümşüdova tərəfindən “pulların hərəkəti, gəlir və xərclərin təhlili və mövsümülülüyün idarə edilməsi”, “maliyyə hədəfləri və planlaşdırmanın faydası” mövzusunda slaydlar vasitəsilə məlumat verilib və mövzuya uyğun olaraq iştirakçıların təqdimatları dinlənilib.
Növbəti gün isə Maliyyə Nazirliyinin əməkdaşları Zəhra İsmayılova və Hüseyn Əliyev tərəfindən “yığım metodları və bacarıqları”, “təcili hadisələr üçün xərclər və ehtiyat fondu”, “əmanət alətləri” və “ağıllı borcalma” haqqında məlumat verilib. Sonra virtual ailələrin təqdimatında müxtəlif yığım yolları və metodları dinlənilmişdir.
Tədbirin sonunda mövzu ilə bağlı suallar cavablandırılib və iştirakçılara Maliyyə Tədris Mərkəzinin sertifikatları təqdim olunub.
               
  • 40
Sosial şəbəkələrdə biz