Maliyyə Tədris Mərkəzində “Dövlət qulluqçularının etik davranış qaydaları” adlı videotəlim keçirilib

Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyi yanında Maliyyə Tədris Mərkəzində “Dövlət qulluqçularının  etik davranış qaydaları” adlı videotəlim keçirilib. 24 iyun 2020-ci il tarixində  keçirilən  təlimə Maliyyə Nazirliyinin tabeliyində olan rayon və şəhər idarə və şöbələrində çalışan 20 dövlət qulluqçusu cəlb olunub. Təlimin əsas məqsədi dövlət qulluğunda etikanın əhəmiyyəti, dövlət qulluqçularının riayət etməli olduğu əsas etik davranış qaydaları barədə  dövlət qulluqçularını məlumatlandırmaqdır.
        İlk olaraq Maliyyə Tədris Mərkəzinin əməkdaşı Zəhra İsmayılova iştirakçılara təlimin mahiyyəti və aktuallığı barədə məlumat vermişdir. Sonra təlim Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyasının baş məsləhətçi- hüquqşünası Türkan Gülməmmədlinin  “Dövlət qulluqçularının  etik davranış qaydaları” adlı mövzuda slaydlarla zənginləşdirilmiş çıxışı ilə davam etmişdir. Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılmışdır
  • 87
Sosial şəbəkələrdə biz