Dövlət qulluqçularının və ailə üzvlərinin həftəsonu istirahətinin təşkili göstərilən qayğının daha bir nümunəsidir

Muxtar respublikada kənd turizminin ən gözəl ünvanı olan, füsunkar təbiətə malik Ağbulaq İstirahət Mərkəzində təşkil olunmuş həftəsonu istirahətləri davam edir.

İstirahət məkanında yerli və əcnəbi turistlərlə yanaşı muxtar respublikanın nazirlik, komitə və təşkilatlarında çalışan dövlət qulluqçuları da istirahət edirlər.


Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Bilik Fondunun təşkilatçılığı ilə Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurası tərəfindən muxtar respublikanın dövlət qulluqçularının və ailə üzvlərinin Ağbulaq İstirahət Mərkəzində istirahətləri təşkil olunur.

           Bu dəfə mərkəzin qonaqları arasında Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyinin də əməkdaşları olublar. Nazirlikdə çalışan dövlət qulluqçuları və ailələri ilə birlikdə 28 nəfər 27-28 oktyabr tarixlərində mərkəzdə  istirahət ediblər.
Şənbə və bazar günləri təşkil olunan istirahətdə əməkdaşlar və onların ailələri üçün hər bir şərait yaradılıb. Burada idman meydançası, stolüstü oyunlar və gözəl xidmət istirahətin xoş keçməsinə imkan verib. Axşam saatlarında qonaqlar üçün konsert pro­qramı da təşkil olunub.

İstirahətə gedən dövlət qulluqçuları arasında elə əməkdaşlar var ki, onlar ilk dəfədir ki, Ağbulaq İstirahət Mərkəzində olurlar. Tədbirlərin təşkili əməkdaşlarda iş keyfiyyətinin yüksəldilməsiylə yanaşı, vətənə məhəbbət, ətraf mühitə sevgi hisslərinin də aşılanmasına böyük təsir göstərir. Yaradılan bu şərait, dövlət qulluqçularına göstərilən diqqət və qayğı sayəsində nazirlik əməkdaşları yüksək əhval-ruhiyyə ilə mərkəzdən ayrılıblar.

Maliyyə Nazirliyinin Mətbuat Xidməti

  • 123
Sosial şəbəkələrdə biz