“Sənaye ili”nə həsr olunmuş vebinar keçirilib

 Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyi yanında Maliyyə Tədris Mərkəzinin təşəbbüsü və təşkilatçılığı ilə “Sənaye ili”nə həsr olunmuş “Sənaye müəssisələrində mühasibat uçotunun təşkilinin aktual məsələləri” adlı vebinar keçirilib.
Olkənin müxtəlif müəssisə və təşkilatlarını təmsil edən 60-a yaxın  iştirakçının qoşulduğu vebinara moderatorluq edən Maliyyə Tədris Mərkəzinin direktoru,  iqtisad üzrə fəlsəfə doktoru, dosent  Mehriban İmanova sənaye quruculuğu istiqamətində görülən məqsədyönlü tədbirlərin təzahürü olaraq Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri tərəfindən 2022-ci ilin muxtar respublikamızda “Sənaye ili” elan olunduğunu diqqətə çatdırıb.  Bildirilib ki,  ölkədə gedən siyasətə uyğun olaraq muxtar respublikamızda da regionların sosial-iqtisadi inkişafı ilə bağlı Dövlət Proqramlarının uğurla reallaşdırılması nəticəsində ümumi daxili məhsulun həcminin 13 dəfə, sənaye məhsulları istehsalının həcminin 42 dəfə artması müasir mənzərəni səciyyələndirir.  Bu illər ərzində  muxtar respublika aqrar regiondan sənaye regionuna, elektrik enerjisi idxalçısından ixracatçıya çevrildi, ixracda müsbət saldoya nail olundu, ərzaq təhlükəsizliyi və  sənayeləşmənin davamlı inkişafı üçün mühüm şərt sayılan enerji təhlükəsizliyi təmin edildi. Muxtar respublika əsrə bərabər inkişaf dövrünü yaşadı.
Əldə olunan nailiyyətlərin davamı olaraq ixracyönümlü məhsul istehsalı ilə müəssisələrin beynəl­xalq bazarlara çıxışını təmin etmək, uçot və biznes proseslərini yeniləmək, təkmilləşdirmək üçün maliyyə hesabatlarının beynəlxalq standartlara uyğunlaşdırılması və tətbiqinin vacib amil sayıldığı vurğulanıb. Mühasibat uçotu informasiyalarının rolunun sahibkarlığın idarə olunmasında və şəffaflığın artırılmasıdna əvəzsiz təsiri qeyd olunaraq tədbirin keçirilməsinin də əsas məqsədinin sənaye müəssisələrində mühasibat uçotunun ümumi standartlar əsasında təşkilinin mühüm istiqamətlərinin müzakirə edilməsi və maarifləndirmə işinin aparılmasından ibarət olduğu bildirilib.
    Bakı Mühəndislik Universitetinin “Mühasibat uçotu və audit” kafedrasının müdiri, iqtisad üzrə fəlsəfə doktoru, dosent  Firudin Sultanov “Azərbaycanda peşəkar mühasibin bu günü və gələcəyi”, Cahan Holdinqin Maliyyə direktoru Elvin Həsənov  “Sənaye müəssisələrində mühasibat uçotunun beynəlxalq standartlara uyğun təşkilinin üstünlükləri və qarşıya çıxan çətinliklər”,  İqtisadi Araşdırmalar və Tədris Mərkəzinin rəhbəri Radil Fətullayev “Mühasibat uçotu sahəsində kadr hazırlığı və karyera imkanları”, Maliyyə Tədris Mərkəzinin təlimçisi Azər Məmmədov “Beynəlxalq standartlara keçid şəraitində mühasibat uçotunun konseptual əsasları və qarşıya qoyulan xüsusi tələblər” mövzusunda çıxış edərək  mühasibat uçotu sahəsində peşəkarlığa gedən yol, bu istiqamətdə dünya təcrübəsi, beynəlxalq standartların tətbiqi zamanı diqqət yetirməli məsələləri iştirakçıların müzakirəsinə təqdim edib, suallar cavablandırılıb.
  • 393
Sosial şəbəkələrdə biz