Culfa rayonunda “Gələcək üçün maliyyə” layihəsi çərçivəsində növbəti təlim keçirilib

 11 may 2022-ci il tarixində Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyi yanında Maliyyə Tədris Mərkəzi və Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin birgə təşkilatçılığı ilə Culfa rayonunda “Gələcək üçün maliyyə” layihəsi çərçivəsində növbəti təlim keçirilib.
Təlimin keçirilməsində məqsəd gənclərin asudə vaxtının səmərəli təşkili, onları maliyyə sahəsinə təşviq etməklə gəlir, qənaət, xərc, investisiya, büdcə haqqında məlumatlandırmaqdan ibarət olub.
   Culfa Rayon İcra Hakimiyyətinin əməkdaşı Elçin Məmmədəliyev iştirakçıları salamlayaraq onlara uğurlar arzulayıb. Gənclər və İdman Nazirliyinin əməkdaşı Valeh Mahmudov və Maliyyə Nazirliyi yanında Maliyyə Tədris Mərkəzinin baş mütəxəssisi Zəhra İsmayılova təlimin məqsəd və əhəmiyyəti barədə danışıblar. Qeyd edilib ki, təlimlər sayəsində gənclər istehlak və qənaət vərdişləri qazanır, düzgün iqtisadi plan qurulması və maliyyə qərarlarının verilməsi haqda məlumatlanır, ümumilikdə maliyyə sahəsi ilə bağlı bilik, bacarıq və davranışlarını təkmilləşdirmək imkanı əldə edirlər.
   Maliyyə Tədris Mərkəzinin təlimçisi İbrahim Şərifov "Pulun formalaşması və yeni nəsil valyuta”, “Büdcə nədir?”, “Büdcənin düzgün şəkildə idarə edilməsi”, “Şəxsi pul vəsaitlərinin planlı şəkildə istifadəsi”, “Yığım və investisiyanın əhəmiyyəti” və digər mövzular haqqında ətraflı məlumat verib.
  Təlimin sonunda mövzular ətrafında hazırlanmış suallardan ibarət intellektual yarışlar keçirilib. İlk üç yeri tutan komandalar və üzvləri təşkilatçılar tərəfindən sertifikatla təltif olunublar.
  Qeyd edək ki, Gənclər və İdman Nazirliyi və Maliyyə Nazirliyi yanında Maliyyə Tədris Mərkəzinin birgə təşkilatçılığı ilə keçirilən təlimdə 30 gənc iştirak edib. Şərurda keçirilən təlimlə start götürən layihə, Culfanın ardınca muxtar respublikanın digər şəhər və rayonlarından olan gəncləri də əhatə edəcək
  • 406
Sosial şəbəkələrdə biz