Kargüzarlıq işinin təşkili ilə bağlı təlim keçirilib

 

Təlimin əsas məqsədi muxtar respublikanın dövlət büdcəsindən maliyyələşən təşkilatlarında kargüzarlığın qanunvericiliyin tələblərinə uyğun qurulması, onun vahid sistemə və formaya salınması, kargüzarlığın aparılması işinin daha da təkmilləşdirilməsidir.
Bu məqsədlə təşkil olunmuş tədbiri Maliyyə Tədris Mərkəzinin direktoru Sevinc Cabbarova giriş sözü ilə açaraq təlimin aktuallığı və mahiyyəti barədə danışıb.
Sonra təlimçi-ekspert qismində Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyinin Ümumi işlər və kadrlar şöbəsinin müdiri Həsən İsmayılovun kargüzarlığın qanunvericiliyə uyğun təşkili ilə bağlı elektron materiallarla zənginləşdirilmiş geniş çıxışı olub. Slaydlar vasitəsi ilə kargüzarlığın anlayışı və mahiyyəti, kargüzarlıq xidmətinin əsas vəzifələri - daxil olan sənədlərin qəbul edilməsi, qeydə alınması, aidiyyəti üzrə bölüşdürməsi, icraçılara çatdırılması, sənədlərin göndərilməsi, icra müddətinə nəzarət edilməsi, icra edilmiş sənədlərin struktur bölmələrindən tələb edilməsi, sənədlərin surətlərinin çıxarılması, çoxaldılması və stenoqrafiya işlərinin həyata keçirilməsi, sənədlərin işlərin nomenklaturu üzrə formalaşdırılması və arxivə təhvil verilməsi haqqında ətraflı məlumat verilib. Sənədlərin hazırlanması, rəsmiləşdirilməsi və əlavələr edilməsi  üçün ümumi tələblər diqqətə çatdırılıb.
Sonda dinləyiciləri maraqlandıran suallar ətrafında geniş müzakirələr aparılıb.
  • 109
Sosial şəbəkələrdə biz