“İdeyadan başlanğıca” devizi altında təlimlərə start verildi


Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov aprelin 3-də ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsinə dair əlavə tədbirlər və innovasiyaların dəstəklənməsi haqqında sərəncam imzalayıb.

“İdeyadan başlanğıca” devizi altında hamiliyə verilən təhsil müəssisələri hami təşkilatlarla birgə innovasiyaya və dayanıqlı inkişafa əsaslanan, yaradıcı düşüncəni və elmi-texniki tərəqqini əks etdirən yeni layihələr (startaplar) həyata keçirməli, hami təşkilatlar layihələrin dəyərləndirilməsini həyata keçirən ekspert qrupları və ictimai əsaslarla fəaliyyət göstərən mərkəzlərin yaradılmasını, layihələrin (startapların) qəbulunu və təqdimatlarının keçirilməsini təmin etməli, hamiliyə verilən ali və orta ixtisas təhsili müəssisələri bu sərəncamdan irəli gələn vəzifələrin icrası məqsədilə müvafiq tədbirləri həyata keçirməlidirlər.

Bu məqsədlə Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyində ekspert qrupu yaradılmış və “İdeyadan başlanğıca” devizi altında təlimlərə start verilmişdir. "Biznes ideyanın yaradılması " adlı ilk təlim 10 aprel 2019 - cu il Naxçıvan Dövlət Texniki Kollecinin 3 cü kurs tələbələrinə keçirilmişdir.
Təlimçi: Maliyyə Tədris Mərkəzinin direktoru Sevinc Cabbarova

  • 10
Sosial şəbəkələrdə biz