“Naxçıvan Muxtar Respublikasının 2019-cu il dövlət büdcəsi haqqında” Naxçıvan Muxtar Respublikası Qanununun tətbiqi barədə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin FƏRMANI

Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 5-ci maddəsinin II hissəsinin 22-ci bəndini rəhbər tutaraq, “Naxçıvan Muxtar Respublikasının 2019-cu il dövlət büdcəsi haqqında” Naxçıvan Muxtar Respublikasının 2018-ci il 27 dekabr tarixli 20-V QN nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədi ilə qərara alıram:


1. “Naxçıvan Muxtar Respublikasının 2019-cu il dövlət büdcəsi haqqında” Naxçıvan Muxtar Respublikası Qanununun 5-ci maddəsi ilə funksional təsnifatın bölmə və köməkçi bölmələri səviyyəsində ayrılan vəsaitin məbləği inzibati təsnifata uyğun olaraq dövlət büdcəsindən maliyyələşən, maliyyə yardımı alan təşkilatlar və tədbirlər üzrə aşağıdakı qaydada təsdiq edilsin:

Fərmana bax

DAVAMI
  • 89

Naxçıvan Muxtar Respublikasının 2019-cu il dövlət büdcəsi haqqında Naxçıvan Muxtar Respublikasının Q A N U N U

Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 25-ci maddəsinin I hissəsinin 2-ci bəndini rəhbər tutaraq Naxçıvan Muxtar Respublikasının Ali Məclisi qərara alır:
Maddə 1. Naxçıvan Muxtar Respublikasının 2019-cu il dövlət büdcəsinin gəlirləri 83 340 000,0 manat, xərcləri 383 700 000,0 manat, gəlir və xərcləri tənzimləmək üçün ayrılan dotasiya 300 360 000,0 manat (о cümlədən, mərkəzləşdirilmiş gəlirləri 57 010 000,0 manat, yerli gəlirləri 26 330 000,0 manat və mərkəzləşdirilmiş xərcləri 355 535 000,0 manat, yerli xərcləri 28 165 000,0 manat) məbləğində təsdiq edilsin.


Qanuna bax

DAVAMI
  • 76

Naxçıvan Dövlət Texniki Kollecinin “Mühasibat uçotu” ixtisası tələbələri ilə görüş keçirilib

Artıq ənənə halını almış bu tədbirlər Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2015-ci il 27 iyul tarixli “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsi haqqında” Sərəncamı əsasında Maliyyə Nazirliyi ilə müvafiq təhsil müəssisələri arasında imzalanmış Tədbirlər Planı əsasında keçirilir.


Növbəti təlim isə 21 dekabr 2018-ci il tarixində Naxçıvan Dövlət Texniki Kollecinin II və III kurs Mühasibat uçotu ixtisasının tələbələri ilə “Dövlət idarəetmə orqanlarının saxlanılması xərclərinin maliyyələşdirilməsində spesifik qaydalar” mövzusunda təşkil olunub.

Tədbiri Kollecin direktoru Asəf Ruşanov giriş sözü ilə açaraq adı çəkilən Sərəncamın önəmini vurğulayaraq qeyd etmişdir ki, qarşıda duran əsas vəzifələrdən biri tədrisin vəziyyətinin yaxşılaşdırılması və bununla bağlı hami təşkilatların müvafiq köməklik göstərməsidir. Direktor onu da qeyd etmişdir ki, Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyinin əməkdaşlarının mütəmadi olaraq Naxçıvan Dövlət Texniki Kollecində keçirdikləri elmi-praktik tədbirlər müvafiq ixtisasların tələbələrinin yüksək səviyyədə hazırlığı və eləcə də, mühasibat uçotu sahəsində kadr potensialının formalaşması, yüksək intellektli mütəxəssislərin hazırlanması baxımından böyük əhəmiyyət kəsb edir.

Sonra Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyinin Dövlət aparatının və hüquq-mühafizə orqanlarının maliyyəsi şöbəsinin baş məsləhətçiləri Xəlil Vəlizadə və Ələddin Məmmədovun “Dövlət idarəetmə orqanlarının saxlanılması xərclərinin maliyyələşdirilməsində spesifik qaydalar mövzusunda məruzələri dinlənilib. Məruzələr zamanı dövlət idarəetmə orqanlarının maliyyələşdirilməsində xərclərin əsaslandırılması qaydaları, bu sahədə mövcud qanunvericiliyin əsas müddəaları, dövlət qulluğu məsələləri ətraflı şərh olunmuş, dövlət qulluqçularının statusu və əməyinin ödənişi qaydaları tələbələrə geniş izah olunmuşdur. Dövlət idarəetmə orqanlarının maliyyələşdirilməsinin büdcədən maliyyələşən digər təşkilatların maliyyələşdirilməsindən fərqli cəhətləri tələbələrin diqqətinə çatdırılmışdır.

Sonda tədbir iştirakçılarını maraqlandıran suallar ətraflı cavablandırılıb.

         Naxçıvan Muxtar Respublikası

         Maliyyə  Nazirliyinin mətbuat xidməti 

DAVAMI
  • 81

Naxçıvan Universitetinin tələbələri ilə görüş keçirilib

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsi haqqında” 2015-ci il iyulun 27-də imzaladığı sərəncamın icrası ilə əlaqədar olaraq Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyinin əməkdaşlarının 20 dekabr 2018-ci il tarixdə Naxçıvan Universitetinin “Maliyyə” ixtisası üzrə təhsil alan I və III kurs, “Mühasibat uçotu və audit” ixtisası üzrə təhsil alan I kurs tələbələri ilə görüşü keçirilib.


Universitetin İdarəetmə fakultəsinin dekanı Naim Cahidzadə sözügedən Sərəncamın əhəmiyyətindən danışaraq muxtar respublikada kadr potensialının formalaşması, yüksək intellektli mütəxəssislərin hazırlanması, tələbələrin praktik biliklər əldə etməsi baxımından böyük əhəmiyyət kəsb etdiyini vurğulayıb.

Sonra Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyinin Dövlət aparatının və hüquq-mühafizə orqanlarının maliyyəsi şöbəsinin baş məsləhətçiləri Xəlil Vəlizadə və Ələddin Məmmədov “Dövlət idarəetmə orqanlarının saxlanılması xərclərinin maliyyələşdirilməsində spesifik qaydalar” mövzusunda geniş məruzə ediblər. Məruzələr zamanı dövlət idarəetmə orqanlarının maliyyələşdirilməsində xərclərin əsaslandırılması qaydaları, bu sahədə mövcud qanunvericiliyin əsas müddəaları, dövlət qulluğu məsələləri ətraflı şərh olunmuş, dövlət qulluqçularının statusu və əməyinin ödənişi qaydaları tələbələrə geniş izah olunmuşdur. Dövlət idarəetmə orqanlarının maliyyələşdirilməsinin büdcədən maliyyələşən digər təşkilatların maliyyələşdirilməsindən fərqli cəhətləri tələbələrin diqqətinə çatdırılmışdır.

Sonda tədbir iştirakçılarını maraqlandıran suallar ətraflı cavablandırılıb.

 Naxçıvan Muxtar Respublikası  Maliyyə Nazirliyinin mətbuat xidməti

DAVAMI
  • 59

Tələbələrlə görüş keçirilib

Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyinin əməkdaşlarının 19 dekabr 2018-ci il tarixdə Naxçıvan Dövlət Universitetində İqtisad fakültəsinin II kurs Mühasibat uçotu və audit ixtisasının tələbələri ilə görüşü keçirilib.

Universitetin İqtisad fakültəsinin dekan müavini Rauf Rəhimov Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsi haqqında” 2015-ci il 27 iyul tarixli Sərəncamı ilə bir sıra ixtisasların Maliyyə Nazirliyinin hamiliyinə verildiyini bildirib.


 Dekan müavini Sərəncamın əhəmiyyətindən danışmış və qeyd etmişdir ki, gələcəkdə müvafiq sahələrdə çalışacaq kadrların daha peşəkar yetişməsi, onların seçdikləri ixtisasların sirlərinə dərindən yiyələnmələri sürətli və dayanıqlı inkişafın əsas amillərindən biridir.  Universitetin “Mühasibat uçotu və audit” ixtisasında təhsil alan tələbələrlə mütəmadi görüşlər keçirildiyi, onların ixtisaslarına daha dərindən yiyələnmələri üçün Maliyyə Nazirliyi tərəfindən lazımi köməklik göstərildiyi vurğulanmışdır.

Sonra Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyinin Dövlət aparatının və hüquq-mühafizə orqanlarının maliyyəsi şöbəsinin baş məsləhətçiləri Xəlil Vəlizadə və Ələddin Məmmədovun “Dövlət idarəetmə orqanlarının saxlanılması xərclərinin maliyyələşdirilməsində spesifik qaydalar” mövzusunda məruzələri dinlənilib. Məruzələr zamanı dövlət idarəetmə orqanlarının maliyyələşdirilməsində xərclərin əsaslandırılması qaydaları, bu sahədə mövcud qanunvericiliyin əsas müddəaları, dövlət qulluğu məsələləri ətraflı şərh olunmuş, dövlət qulluqçularının statusu və əməyinin ödənişi qaydaları tələbələrə geniş izah olunmuşdur. Dövlət idarəetmə orqanlarının maliyyələşdirilməsinin büdcədən maliyyələşən digər təşkilatların maliyyələşdirilməsindən fərqli cəhətləri tələbələrin diqqətinə çatdırılmışdır.

Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılmışdır.

Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyinin mətbuat xidməti

DAVAMI
  • 71

“Büdcə təşkilatlarında praktik mühasibatlıq” mövzusunda elmi-praktik konfrans keçirilib

“Naxçıvan” Univeristetində İdarəetmə fakültəsinin təşkilatçılığı ilə “Büdcə təşkilatlarında praktik mühasibatlıq” mövzusunda elmi-praktik konfrans keçirilib.

Konfransı giriş sözü ilə İdarəetmə fakültəsinin dekanı Naim Cahidzadə açaraq bildirmişdir ki, konfransın məqsədi büdcə təşkilatlarında smeta xərclərinin planlaşdırılması, mühasibatlıq və maliyyə hesabatlarının hazırlanması, vergi uçotunun təşkili, maliyyə və mühasibatlıq işinin aparılması ilə bağlı hüquqi məsuliyyət və xəzinə əməliyyatlarının təşkili və uçotu haqqında tələbələri məlumatlandırmaq, bu sahədə onların biliklərini artırmaq və təkmilləşdirməkdən ibarətdir. Fakültə dekanı mühasib peşəsinin vacibliyindən danışaraq bu peşənin şərəfli bir sahə olduğunu vurğulayıb.


Konfransda İdarəetmə kafedrasının müəllimi Elvin Əlimərdanovun “Maliyyə hesabatlarının hazırlanması”, Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyinin Büdcə şöbəsinin baş məsləhətçisi Ramil Hüseynovun “Büdcə təşkilatlarında smeta xərclərinin planlaşdırılması”, İdarəetmə kafedrasının müəllimi İsmayıl Bağırovun “Vergi uçotunun təşkili” mövzusunda çıxışları dinlənilib. Çıxışlarda qeyd olunan büdcə təşkilatlarında smeta xərclərinin planlaşdırılması, Xəzinə əməliyyatlarının, Vergi uçotunun təşkili, Büdcə təşkilatlarında mühasibatlıq işinin aparılması, hesabatlarının hazırlanması, müvafiq sahədə qanunvericilik bazasının öyrənilməsi və hüquqi məsuliyyət kimi mövzular tələbələrin böyük marağına səbəb olmuşdur. Eyni zamanda bildirilib ki, Mühasibat uçotu – vacib və mürəkkəb bir sistemdir. Bu sistemin düzgün və effektiv qurulmasından, bəzi hallarda, müəssisənin gələcəyi asılıdır. Mühasibat şöbəsinin işi müəssisənin daxili idarəetmə hesabatlarının və maliyyə hesabatlarının hazırlanması, vergi uçotunun aparılmasıdır. Burada biliklər ilə yanaşı, işçi-mühasiblər arasında işlərin düzgün bölüşdürülməsi, qarşılıqlı yardımlaşma və komanda şəklində işləmə kimi amillər də mühüm rol oynayır.Bu gün mühasibat uçotu müəssisənin elə bir sahəsidir ki, bu sahədən müəssisə gəlir də əldə edə bilər, zərər də. İdarə heyyətinin vaxtında və düzgün idarəetmə uçotunun məlumatları ilə təmin etməsindən, onların müəssisənin fəaliyyəti ilə bağlı effektiv qərarların qəbul edilməsi asılıdır. Maliyyə hesabatlarında təqdim olunan müəssisənin maliyyə vəziyyətindən investorların, kreditorların, müştərilərin qərarları asılıdır. Beləliklə, idarəetmə, maliyyə və vergi uçotu sistemlərinin effektiv qurulması son dərəcə vacibdir.

Sonra tələbələri maraqlandıran suallar ətraflı cavablandırılıb.

DAVAMI
  • 100

Muxtar respublika iqtisadiyyatının dayanıqlı inkişafı maliyyə tənzimlənməsinin uğurla həyata keçirilməsinin nəticəsidir

İnnovativ, şaxələndirilmiş, səmərəli və dayanıqlı inkişaf modelinə köklənmiş Naxçıvan Muxtar Respublikası iqtisadiyyatının idarə olunmasında maliyyə mexanizmindən düzgün istifadə çox mühüm əhəmiyyət kəsb edir. Muxtar respublikada bütün sahələrdə müşahidə olunan inkişaf bu baxımdan real sektorla maliyyə sektoru arasında səmərəli qarşılıqlı əlaqənin təmin edilməsi ilə səciyyələnir.


Belə ki, muxtar respublikada həyata keçirilən büdcə-vergi siyasəti maliyyə sisteminin tərkib hissəsi kimi maliyyə resurslarının məqbul hissəsinin onun əlində cəmləşdirilməsini, mərkəzləşdirilməsini zəruri edir. Bu resurslardan istifadə forması isə dövlətin iqtisadi, siyasi və sosial vəzifələrinin yerinə yetirilməsi tələbatının maliyyə təminatçısı rolunda çıxış edən mərkəzləşdirilmiş pul vəsaiti fondlarıdır.

Dövlətin iqtisadi inkişafının artım templərinin dayanıqlılığını, eləcə də həyata keçirilən islahatların yüksək səmərəliliyini şərtləndirən iqtisadi siyasətin əsas faktorlarından biri düzgün büdcə-vergi siyasətinin müəyyənləşdirilməsidir. Son dövrlərdə respublikamızda həyata keçirilən islahatlar iqtisadiyyatın büdcə sektorunun yenidən qurulması, büdcə sisteminin bütün səviyyələrində maliyyə resurslarının formalaşdırılması və xərclənməsi metodlarının prinsipial şəkildə dəyişdirilməsinə imkan yaratmışdır. Belə ki, inzibati­-ərazi qurumlarının maliyyə müstəqilliyinin inkişafı, bir tərəfdən büdcə mərkəzləşdirilməsinin kafi səviyyəsinin saxlanılmasına, digər tərəfdən ərazi inkişafının büdcə tənzimlənməsi sahəsində qarşıya çıxan investisiyaların təşviq edilməsinə, ixrac yönümlü məhsul istehsalının stimullaşdırılmasına şərait yaratmışdır. Müasirtipli infrastruktur obyektlərinin yaradılması, yolların bərpası və digər tədbirlər qeyri-neft sektorunun dinamik artımına imkanlar açmışdır.

Muxtar respublikada 2018-ci ilin yanvar-oktyabr aylarında da əldə edilən yüksək nəticələr bu inkişafın davamlı xarakter aldığını və maliyyə tənzimlənməsinin uğurla həyata keçirildiyini göstərir. Belə ki, 2018-ci ilin 10 ayında bütün makroiqtisadi göstəricilər üzrə artım müşahidə edilib. Muxtar respublikada 2018-ci ilin yanvar-oktyabr aylarında 2 milyard 172 milyon 378 min 700 manatlıq ümumi daxili məhsul istehsal olunub ki, bu da 2017-ci ilin müvafiq dövrü ilə müqayisədə 1,4 faiz çoxdur. Hər bir nəfərə düşən ümumi daxili məhsulun həcmi 2017-ci ilin müvafiq dövrü ilə müqayisədə 2,1 faiz artaraq 4783 manata yaxın olub. Muxtar respublikada 383 növdə məhsulun istehsal edilməsi sahibkarlığa göstərilən dövlət qayğısı və yeni iqtisadi layihələrin dəstəklənməsi sayəsində mümkün olub. Belə ki, hazırda əhalinin 108-i ərzaq, 242-si qeyri-ərzaq olmaqla, 350 növdə məhsula olan tələbatı tamamilə yerli imkanlar hesabına ödənilir.
Son illərdə yeni dövrün tələblərinə uyğun olaraq muxtar respublikada sənayeləşməyə ciddi diqqət yetirilir. Hazırda muxtar respublikada ümumi daxili məhsulun tərkibində ilk yeri 30,1 faizlə sənaye tutmaqdadır. 2017-ci ildə 967 milyon 60 min manat dəyərində sənaye məhsulu istehsal olunub ki, bu da bir il öncəki göstəricidən 1,4 faiz çoxdur. Cari ilin yanvar-oktyabr aylarında isə sənaye üzrə 827 milyon 648 min 800 manat dəyərində məhsul istehsal edilib. Bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 1,3 faiz çoxdur.
İqtisadiyyatın şaxələndirilməsi istiqamətində digər sahələrə də diqqət artırılıb. Nəticədə, son illər güzəştli dövlət maliyyə dəstəyi ilə müasir texnologiyalara əsaslanan 254 heyvandarlıq, 84 quşçuluq, ­ 15 balıqçılıq, 104 arıçılıq, 65 bağçılıq, 8 üzümçülük təsərrüfatı, ümumi tutumu 14 min ton olan 31 soyuducu anbar, ümumi sahəsi 128 min 162 kvadratmetr olan 21 istixana kompleksi, 19 taxıl emalı müəssisəsi istifadəyə verilib. Məşğulluq səviyyəsinin yüksəldilməsi məqsədilə son illər rayon və kəndlərdə 714 kənd təsərrüfatı təyinatlı istehsal və xidmət sahələri yaradılıb.
Bütün bunların nəticəsidir ki, 2018-ci ilin yanvar-oktyabr aylarında 386 milyon 792 min 300 manatlıq kənd təsərrüfatı məhsulları istehsal olunub ki, bu da 2017-ci ilin müvafiq dövrü ilə müqayisədə 4,1 faiz çoxdur. Ümumilikdə, son illər muxtar respublika iqtisadiyyatına 8,5 milyard manatdan çox investisiya yönəldilib, 12 mindən çox müxtəlif təyinatlı obyekt istifadəyə verilib. Əvvəllər muxtar respublikada cəmi bir elektrik stansiyası var idisə, bu gün enerji istehsalı müəssisələrinin sayı 8-ə, ümumi gücü 239,4 meqavata çatdırılıb. Ötən il müasir yol infrastrukturunun inkişafı ilə bağlı əhəmiyyətli tədbirlər həyata keçirilib, 70,5 kilometr uzunluğunda avtomobil yolları salınıb, 12 körpü tikilib və ya yenidən qurulub. Muxtar respublikaya xarici ölkələrdən 410 mindən çox turist gəlib. Hazırda muxtar respublikanın yaşayış ərazilərinin 98 faizi genişzolaqlı, 99 faizi isə simsiz internet xidməti ilə təmin olunub, 4G mobil rabitə xidməti istifadəyə verilib.
Regionun yüksələn xətlə inkişafı, iqtisadi-sosial həyatdakı artım tempi, əhalinin maddi rifah halının yaxşılaşdırılması demoqrafik inkişafa da öz təsirini göstərib. 1 oktyabr 2018-ci il tarixə muxtar respublika əhalisinin sayı bir il öncəyə nisbətdə 3359 nəfər artaraq 455 min 288 nəfər olub.
Muxtar respublikada makro­iqtisadi sahədə sabitliyin yaradılması büdcə-vergi siyasətinin uğurla həyata keçirilməsinin nəticəsidir. Sabit iqtisadiyyat isə güclü dövlətin başlıca təminatçısıdır. Bu baxımdan sosial problemlərin həll edilməsində, iqtisadiyyatın davamlılığının möhkəmləndirilməsində, onun inkişafına zəmin yaradılmasında, ölkənin müdafiə qüdrətinin möhkəmləndirilməsində maliyyə sisteminin, onun əsas halqası olan büdcə sisteminin rolu olduqca böyükdür.

Sevinc CABBAROVA
iqtisad üzrə fəlsəfə doktoru

DAVAMI
  • 74
Sosial şəbəkələrdə biz