Azərbaycan Respublikasının Maliyyə Nazirliyi yanında Maliyyə Elm-Tədris Mərkəzində Vahid büdcə təsnifatının tətbiqi ilə bağlı təlimlərə başlanılıb

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 11 oktyabr tarixli 440 nömrəli Qərarı ilə təsdiq olunan Vahid büdcə təsnifatının tətbiqi ilə bağlı dövlət büdcəsindən maliyyələşən və maliyyə yardımı alan təşkilatların, icmal büdcə ilə əhatə olunan qurumların aidiyyəti işçiləri üçün Maliyyə Nazirliyi yanında Maliyyə Elm – Tədris Mərkəzində təlimlərin keçirilməsinə başlanılıb. Təlimlər Naxçıvan Muxtar Respublikası da daxil olmaqla bütün regionları əhatə edəcək.


Eyni zamanda, vahid büdcə təsnifatının elektron və kağız daşıyıcılarda dövlət büdcəsindən maliyyələşən və maliyyə yardımı alan təşkilatlara, icmal büdcə ilə əhatə olunan qurumlara, Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyinə və Azərbaycan Respublikası Maliyyə Nazirliyinin rayon (şəhər) üzrə maliyyə orqanlarına göndərilməsi təmin edilib.

Vahid büdcə təsnifatda dəyişiklik edilməsi zərurəti son illərdə ölkədə həyata keçirilən iqtisadi islahatlar, dövlət və icmal büdcələrin idarə olunmasında tətbiq olunan qanunvericilik aktlarında aparılmış dəyişikliklərdən irəli gələn məsələlərin təsnifatda nəzərə alınması ilə bağlı olub.Yeni büdcə təsnifatı ölkədə həyata keçirilən dövlət maliyyə inzibatçılığının və hesabatlılığın gücləndirilməsi, şəffaflığın artırılması, həmçinin büdcə vəsaitlərindən təyinatı üzrə istifadənin tam təmin edilməsinə yönələn islahatların vacib elementlərindən biridir.

DAVAMI
  • 64

Azərbaycan Respublikasının Maliyyə Nazirliyi yanında Maliyyə Elm-Tədris Mərkəzində Vahid büdcə təsnifatının tətbiqi ilə bağlı təlimlərə başlanılıb

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 11 oktyabr tarixli 440 nömrəli Qərarı ilə təsdiq olunan Vahid büdcə təsnifatının tətbiqi ilə bağlı dövlət büdcəsindən maliyyələşən və maliyyə yardımı alan təşkilatların, icmal büdcə ilə əhatə olunan qurumların aidiyyəti işçiləri üçün Maliyyə Nazirliyi yanında Maliyyə Elm – Tədris Mərkəzində təlimlərin keçirilməsinə başlanılıb. Təlimlər Naxçıvan Muxtar Respublikası da daxil olmaqla bütün regionları əhatə edəcək.


Eyni zamanda, vahid büdcə təsnifatının elektron və kağız daşıyıcılarda dövlət büdcəsindən maliyyələşən və maliyyə yardımı alan təşkilatlara, icmal büdcə ilə əhatə olunan qurumlara, Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyinə və Azərbaycan Respublikası Maliyyə Nazirliyinin rayon (şəhər) üzrə maliyyə orqanlarına göndərilməsi təmin edilib.

Vahid büdcə təsnifatda dəyişiklik edilməsi zərurəti son illərdə ölkədə həyata keçirilən iqtisadi islahatlar, dövlət və icmal büdcələrin idarə olunmasında tətbiq olunan qanunvericilik aktlarında aparılmış dəyişikliklərdən irəli gələn məsələlərin təsnifatda nəzərə alınması ilə bağlı olub.Yeni büdcə təsnifatı ölkədə həyata keçirilən dövlət maliyyə inzibatçılığının və hesabatlılığın gücləndirilməsi, şəffaflığın artırılması, həmçinin büdcə vəsaitlərindən təyinatı üzrə istifadənin tam təmin edilməsinə yönələn islahatların vacib elementlərindən biridir.

DAVAMI
  • 67

12 noyabr Konstitusiya Günüdür

1993-cü ildə ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışı nəinki Azərbay­canın müstəqilliyinin qorunub saxlanmasında, həm də onun dövlətçiliyinin xilasında müstəsna rol oynadı. Ümummilli lider öz qətiyyəti, dərin zəkası, zəngin dövlətçilik təcrü­bəsi və böyük siyasi nüfuzu sayəsində xilaskarlıq missiyasına başladı. Təsadüfi deyil ki, 1995-ci il iyunun 5-də ümummilli lider Heydər Əliyevin sədrliyi ilə Konstitusiya Komissiyası yaradıldı. Qeyd edək ki, bu ali sənədin müasir dəyərləri özündə ehtiva edən mükəmməl formada qəbul olunmasını reallaşdırmaq üçün ulu öndər layihənin hazırlanması zamanı onun hər bir müddəasını şəxsən nəzərdən keçirmiş, dövlətin gələcək taleyi, demokratik imici baxımından bu işə son dərəcə həssaslıqla yanaşmışdı.


“Biz elə bir layihə hazırlamalı və nəhayət, elə bir Konstitusiya qəbul etməliyik ki, o, müstəqil Azərbaycan Respublikasında demokratik prinsiplər əsasında uzun müddət sabit yaşamasını təmin edən əsas qanun, tarixi sənəd olsun. Hakimiyyət bölgüsü, – ali icra, qanunvericilik, məhkəmə hakimiyyəti – bunlar hamısı xalqın iradəsinə söykənməli, seçkilər yolu ilə təmin olunmalıdır” – deyən ulu öndər Heydər Əliyev Azərbaycan Respublikasının Konstitusiyasının hazırlanmasında həm ölkəmizin tarixi keçmişinin milli dəyər­lərin­dən, həm də ümumbəşəri dəyərlərdən, dünyanın demokratik dövlətlərinin təcrübəsindən istifadə edilməsini mühüm vəzifə kimi irəli sürmüşdü. Konstitusiya layihəsi hazırlandıq­dan sonra cəmiyyətin müxtəlif təbəqələrinin iştirakı ilə onun açıq müzakirələrinin keçirilməsi bu ümumxalq əhəmiyyətli sənə­din ən təkmil formada ərsəyə gətirilməsinə şərait yaratmışdır. Bütün müzakirələrin nəticəsi olaraq 1995-ci il noyabrın 12-də ümum­xalq səsverməsi yolu ilə müstəqil dövlətimizin ilk Konstitusiyası qəbul olunmuşdur.

Ulu öndərin müəllifi olduğu konstitusiyanın qəbul edilməsi xalqımızın dövlət müstə­qil­liyi tarixində konstitusionalizm məfkurəsini əks etdirən hadisə idi. Bununla ölkəmizin və xalqımızın dövlətçilik tarixinə yeni bir səhifə yazıldı, dahi rəhbər Heydər Əliyevin uzunmüddətli gərgin əməyinin məhsulu olan konstitusiya öz demokratikliyi, humanistliyi ilə seçilərək ölkəmizdə vətəndaşların hüquq və azadlıqlarının təmin edilməsi və müstəqil dövlətçiliyimizin tərəqqisi üçün hərtərəfli zəmin yaratdı, xalqımızın demokratik dövlət qurmaq və dünya arenasında layiqli yer tutmaq istəyini nümayiş etdirdi. Məhz bu tarixi hadisədən sonra Azərbaycanda hüquqi islahatlara başlanıldı. Ümummilli lider Heydər Əliyevin dediyi kimi, “Konstitusiya Azərbaycanda demokratik, hüquqi dövlətin qurulması, demokratik vətəndaş cəmiyyəti­nin yaranması üçün əsaslar yaratmış, bütün təminatları vermişdir. Bizim borcumuz bu təminatlardan, konstitusiyanın bizə verdiyi qanuni əsaslardan səmərəli istifadə etmək və ölkəmizdə hüquqi, demokratik dövlət yaratmaq, vətəndaşların, insanların hüquqla­rının qorunmasını təmin etməkdən ibarətdir”.

Müstəqil Azərbaycan Respublikasının ilk milli Konstitusiyası 5 bölmə, 12 fəsil və 158 maddədən ibarət olmaqla dövlətimizin tarixində hakimiyyət bölgüsü prinsipini, demokratik, hüquqi və dünyəvi dövlət quruculuğunun hüquqi əsaslarını, insan hüquq və azadlıqlarının təmin olunmasının bünövrəsini qoymuşdur. Demokratik prinsipləri əsas tutaraq Konstitusiyamızda insan hüquqlarına, azadlıq və vəzifələrinə geniş yer verilir. Bu hüquq, azadlıq və vəzifələr  Konstitusiyanın ikinci bölməsində 48 maddədən ibarət olub konstitusiya mətninin əsas hissəsini təşkil edir.

Azərbaycan Respublikasının Konstitusiyası dövlətin hər hansı maraqlara deyil, məhz vətəndaşların mənafelərinə, azad cəmiyyətin aparıcısı olan şəxsiyyətin maraqlarına xid­mət etdiyini ən yüksək səviyyədə bəyan etmişdir. Bu baxımdan Konstitusiyamızın üçdə bir hissəsi əsas insan və vətəndaş hüquqlarına və azadlıqlarına həsr edilmiş, Əsas Qanu­nun ən böyük fəsli olan üçüncü fəsildə insan və vətəndaş hüquqlarının və azadlıqlarının əsas prinsipi, onların reallaşdırılması mexanizmləri nəzər­də tutulmuşdur.

Azərbaycan Respublikası Konstitusiyasının qəbulu nəticəsində ölkəmizdə geniş­miq­yaslı qanunvericilik və məhkəmə-hüquq islahatları aparılmış, həmin islahatlar nəticəsində müstəqil məhkəmə hakimiyyətinin yaradılması üçün zəruri qanunvericilik bazası forma­laşdırılmış, yeni üçpilləli məhkəmə sistemi təsis edilmişdir ki, bu da vətəndaşların qanuni maraq və mənafelərinin ədalət mühakiməsi yolu ilə birinci instansiya, apellyasiya və kassasiya instansiyası məhkəmələri tərəfindən daha etibarlı şəkildə müdafiə olunma­sına öz müsbət təsirini göstərmişdir.

Konstitusiyanın gətirdiyi əhəmiyyətli yeniliklərdən biri də həmin dövrə qədər dövlətçilik tariximiz üçün səciyyəvi olmayan yeni bir institutun – konstitusiya nəzarəti təsisatının yaradılması olmuşdur. Qeyd edilməlidir ki, konstitusiya nəzarətinin əsas məqsədi kons­titusiyanın aliliyinin təmin edilməsi və konstitusiya ilə təsbit olunmuş insan hüquq və azadlıqlarının müdafiəsidir. Bu baxımdan ali konstitusiya ədalət mühakiməsi orqanı olan Konstitusiya Məhkəməsi normativ-hüquqi aktların Konstitusiyaya və hüquqi iyerarxi­yada özündən üstün qüvvəyə malik aktlara uyğunluğunun müəyyənləşdirilməsi, insan hüquq və azadlıqlarının həyata keçirilməsi məsələləri ilə bağlı konsti­tusiyanın və qanunların şərh edilməsi, hakimiyyətlər arasında səlahiyyətlər bölgüsü ilə bağlı mübahisələrin həll edilməsi, seçkilərin nəticələrinin yoxlanılması və təsdiq edilməsi kimi mühüm səlahiyyətlərə malikdir.

Konstitusiyamızın gətirdiyi digər yeniliklərdən biri də ilk dəfə yerli özünüidarəetmə orqanları olan bələdiyyələrin statusunun konstitusion səviyyədə təsbit edilməsi olmuşdur. Milli konstitusiyamızın qəbulundan sonra Azərbaycanda ilk dəfə yerli özünüidarə­etmə orqanı – bələdiyyələr yaradılmış və fəaliyyətə başlamışdır.

Əsas Qanunumuzda Naxçıvan Muxtar Respublikasının konstitusion hüquqi statusuna həsr olunmuş xüsusi fəslin olması Naxçıvan Muxtar Respublikasının Konstitusiyasının qəbul edilməsi üçün əsas yaratmışdır. Azərbaycan Respublikasının Konstitusiyasının 8-ci fəslində əks olunmuş müddəalar əsas götürülərək Naxçıvan Muxtar Respublikası Konstitusiyasının layihəsi hazırlanıb 1998-ci ildə Azər­bay­can Respublikasının Milli Məclisində Konstitusiya Qanunu kimi qəbul edildikdən sonra 8 yanvar 1999-cu ildə qüvvəyə minmişdir.

Naxçıvan Muxtar Respublikası Konstitusiyasının qəbul edilməsi Naxçıvan Muxtar Respublikasının statusunu, muxtariyyətinin əsaslarını, dövlət hakimiy­yətinin hakimiyyətlərin bölünməsi prinsipi əsasında təşkili, onların qarşılıqlı əlaqəsini müəyyənləşdirmişdir. Bu konstitusiya ilə Naxçıvan Muxtar Respublikasında ilk dəfə Ali vəzifəli şəxs institutu təsis edilmişdir.Bu konstitusiyanın qəbulu siyasi-hüquqi əhəmiyyətinə görə nəinki muxtar respublika­da, bütövlükdə ölkəmizdə mühüm əlamətdar hadisəyə çevrilmiş, beynəlxalq təcrübədə nümunəvi model kimi dövlət idarəetməsinin təşkilinin mükəmməl hüquqi bazasını yaratmışdır.

Azərbaycan Respublika­sının beynəlxalq arenaya inteqrasiyasının gücləndiyi və hüququn müasir inkişafı şəraitin­də konstitusiya islahatlarının aparılması zərurətə çevrilmişdir. Məhz bu zərurətdən qaynaqlanaraq 2002, 2009 və 2016-cı illərdə referendum keçirilməklə Konstitusiyamıza əlavələr və dəyişikliklər edilmişdir. 2002-ci il avqustun 24-də ölkəmizdə ümumxalq səsverməsi – referendum keçirilmiş, ilk dəfə Konstitusiyanın ümumilikdə 24 maddəsinə 31 əlavə və dəyişikliklər edilmişdir. 2009-cu il martın 18-də ikinci dəfə Konstitusiyaya 29 maddə üzrə 41 əlavə və dəyişikliklər edilmişdir. 2016-cı ildə il keçirilən ümumxalq səsverməsi – refe­rendumla isə Konstitusiyanın 23 maddəsinə əlavə və dəyişikliklər edilmiş, eləcə də yeni 6 maddə əlavə olunmuşdur.

Ölkəmizdə həyata keçirilən məhkəmə-hüquq islahatları, qanunvericilik sahə­sində əldə olunan nailiyyətlər mənbəyini Azərbaycan Konstitusiyasından alan möhkəm hüquqi bazaya malikdir. Möhkəm hüquqi bazaya malik olan Azərbay­can Respublikasının Konstitusiyası hələ uzun illər Azərbaycan Respublikasının sabitlik şəraitində davamlı inkişafını təmin etməyə, müstəqil dövlətimizin demokratik inkişaf hədəflərini müəyyənləşdirməyə, müstəqilliyimizi yaşatmağa qadir olacaq və Azərbaycan xalqına xidmət edəcəkdir.

DAVAMI
  • 82

Növbəti təkmilləşdirici kursa yekun vurulub

Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyi yanında Maliyyə Tədris Mərkəzi büdcə təşkilatlarının maliyyə və mühasibatlıq işində çalışanların mövcud biliklərinin artırılması və ixtisaslarının təkmilləşdirilməsi istiqamətində işlərini davam etdirir.

5-8 noyabr tarixlərində təşkil edilən növbəti təkmilləşdirici kursa mənzil-kommunal təsərrüfatı profilli müəssisələrdən 21 nəfər mühasibatlıq işçisi dəvət edilib. Kursda mənzil-kommunal təsərrüfatı müəssisələrinin gəlir və xərclərinin proqnozlaşdırılması və maliyyələşmə istiqamətləri, mühasibatlıq və maliyyə hesabatlarının hazırlanması, vergi uçotunun təşkili, maliyyə və mühasibatlıq işinin aparılması ilə bağlı hüquqi məsuliyyət, büdcə təşkilatlarında xəzinə əməliyyatlarının təşkili və uçot mövzuları üzrə təlimlər keçirilib.


Mərkəzin sayca 11-ci kursunun gündəliyinə uyğun olaraq ilk gün Maliyyə Nazirliyinin İqtisadi sahələrin maliyyəsi şöbəsinin müdiri Ağəli Novruzovun “mənzil-kommunal təsərrüfatı müəssisələrinin gəlir və xərclərinin proqnozlaşdırılması” mövzusunda çıxışı olub. Növbəti günlərdə Naxçıvan Şəhər İcra Hakimiyyəti Başçısı Aparatının sektor müdiri-baş mühasibi Elvin Əlimərdanov, Vergilər Nazirliyinin Vergi ödəyicilərinə xidmət şöbəsinin rəisi Zahid Qənbərov, Maliyyə Nazirliyinin Xəzinə şöbəsinin sektor müdiri Ülvi Cəfərov və Naxçıvan Muxtar Respublikası Prokurorunun beynəlxalq əlaqələr üzrə köməkçisi Emil Abdullayevin müvafiq mövzular üzrə məruzələri dinləyicilərə əhatəli şəkildə çatdırılıb.

Qeyd edək ki, 4 gün, 12 tədris saatı müddətində təşkil olunan kursda praktik məsələ və testlərin həllinə yer ayrılıb, bundan əlavə sual-cavab, testlərin qarşılıqlı işlənməsi və sorğu-anketlərin doldurulması ilə təlim zənginləşdirilib. Həmçinin tədris prosesində iştirakçılara gündəlik işlərində faydalı ola biləcək təlim materialları-slaydlar, müvafiq sahə üzrə normativ-hüquqi aktlar, sənəd formaları, təlimatlar, qaydalar və misalları özündə ehtiva edən vəsaitlər təqdim olunub.

Peşəkarlıq səviyyəsinin qiymətləndirilməsi mərhələsindən sonra dinləyicilərə Maliyyə Tədris Mərkəzinin sertifikatları təqdim edilib.

https://www.youtube.com/watch?time_continue=29&v=pXz35BGnuZc

Maliyyə Nazirliyinin mətbuat xidməti

 

     


DAVAMI
  • 70

Mənzil-kommunal təsərrüfatı müəssisələrində çalışan maliyyə və mühasibat işçiləri üçün təkmilləşdirici kurslar keçiriləcəkdir

Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyi yanında Maliyyə Tədris Mərkəzində “Büdcə təşkilatlarında praktiki mühasibatlıq” mövzusunda növbəti təkmilləşdirici kurs 5-8 noyabr  2018-ci il tarixlərində keçiriləcəkdir.
Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyinin tədris zalında keçiriləcək kursa Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən 21 mənzil – kommunal təsərrüfatı profilli müəssisələrdən 21 nəfər mühasibatlıq işçisi dəvət edilmişdir. Keçiriləcək 4 günlük  kursda mənzil – kommunal təsərrüfatı müəssisələrinin gəlir və xərclərinin proqnozlaşdırılması və maliyyələşdirilmə istiqamətləri, kommunal sahəsində mühasibatlıq və maliyyə hesabatlarının hazırlanması, kommunal sahəsində vergi uçotunun təşkili, maliyyə və mühasibatlıq işinin aparılması ilə bağlı hüquqi məsuliyyət və büdcə təşkilatlarında xəzinə əməliyyatlarının təşkili və uçot  kimi mövzular üzrə təlimlər keçirilməsi nəzərdə tutulmuşdur.
Təlim gündəliyə uyğun olaraq Maliyyə və Vergilər nazirliklərinin, həmçinin Naxçıvan Muxtar Respublikası Prokurorluğunun əməkdaşları tərəfindən davam etdiriləcəkdir. Nəzərinizə çatdırılır ki, kursun yekununda tədris olunan mövzu ilə bağlı qiymətləndirmə mərhələsindən sonra iştirakçılara Maliyyə Tədris Mərkəzinin sertifikatları təqdim edilir.
Maliyyə Nazirliyinin Mətbuat Xidməti
DAVAMI
  • 71

Dövlət qulluqçularının və ailə üzvlərinin həftəsonu istirahətinin təşkili göstərilən qayğının daha bir nümunəsidir

Muxtar respublikada kənd turizminin ən gözəl ünvanı olan, füsunkar təbiətə malik Ağbulaq İstirahət Mərkəzində təşkil olunmuş həftəsonu istirahətləri davam edir.

İstirahət məkanında yerli və əcnəbi turistlərlə yanaşı muxtar respublikanın nazirlik, komitə və təşkilatlarında çalışan dövlət qulluqçuları da istirahət edirlər.


Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Bilik Fondunun təşkilatçılığı ilə Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurası tərəfindən muxtar respublikanın dövlət qulluqçularının və ailə üzvlərinin Ağbulaq İstirahət Mərkəzində istirahətləri təşkil olunur.

           Bu dəfə mərkəzin qonaqları arasında Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyinin də əməkdaşları olublar. Nazirlikdə çalışan dövlət qulluqçuları və ailələri ilə birlikdə 28 nəfər 27-28 oktyabr tarixlərində mərkəzdə  istirahət ediblər.
Şənbə və bazar günləri təşkil olunan istirahətdə əməkdaşlar və onların ailələri üçün hər bir şərait yaradılıb. Burada idman meydançası, stolüstü oyunlar və gözəl xidmət istirahətin xoş keçməsinə imkan verib. Axşam saatlarında qonaqlar üçün konsert pro­qramı da təşkil olunub.

İstirahətə gedən dövlət qulluqçuları arasında elə əməkdaşlar var ki, onlar ilk dəfədir ki, Ağbulaq İstirahət Mərkəzində olurlar. Tədbirlərin təşkili əməkdaşlarda iş keyfiyyətinin yüksəldilməsiylə yanaşı, vətənə məhəbbət, ətraf mühitə sevgi hisslərinin də aşılanmasına böyük təsir göstərir. Yaradılan bu şərait, dövlət qulluqçularına göstərilən diqqət və qayğı sayəsində nazirlik əməkdaşları yüksək əhval-ruhiyyə ilə mərkəzdən ayrılıblar.

Maliyyə Nazirliyinin Mətbuat Xidməti

DAVAMI
  • 60

Növbəti təlim səhiyyə sahəsində çalışan mühasibat işçilərini əhatə edib

Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyi yanında Maliyyə Tədris Mərkəzində “Büdcə təşkilatlarında praktiki mühasibatlıq” mövzusunda növbəti təkmilləşdirici kurs 23-26 oktyabr 2018-ci il tarixlərində təşkil olunmuş, Nazirliyin tədris zalında keçirilən kursa səhiyyə sahəsində çalışan 20 nəfər mühasibat işçisi cəlb olunmuşdur. Dörd gün davam edən təlimdə Büdcə təşkilatlarında smeta xərclərinin planlaşdırılması, Xəzinə əməliyyatlarının, Vergi uçotunun təşkili, Büdcə təşkilatlarında mühasibatlıq işinin aparılması, hesabatlarının hazırlanması, müvafiq sahədə qanunvericilik bazasının öyrənilməsi və hüquqi məsuliyyət kimi mövzular iştirakçıların böyük marağına səbəb olmuşdur.
Yüksək peşəkarlıq və xüsusi metodologiya ilə hazırlanmış təlim materialları aidiyyəti üzrə Naxçıvan Muxtar Respublikası Maliyyə və Vergilər nazirliklərinin, həmçinin Naxçıvan Muxtar Respublikası Prokurorluğundan cəlb olunmuş ekspertlərinin iştirakı ilə tədris edilmişdir. İlk modul üzrə Büdcə təşkilatlarında smeta xərclərinin planlaşdırılması mövzusunda Maliyyə Nazirliyinin Büdcə şöbəsinin baş məsləhətçisi Ramil Hüseynov təlimçilərə slaydlar vasitəsi ilə geniş məlumat vermiş, praktik iş və iştirakçılarla interaktiv söhbətlərlə təlim davam etmişdir. Növbəti günlərdə Maliyyə Nazirliyinin Xəzinə şöbəsinin sektor müdiri Ülvi Cəfərov, Vergilər Nazirliyinin Vergi ödəyicilərinə xidmət şöbəsinin rəisi Zahid Qənbərov, Nazirlik Aparatının baş məsləhətçi-mühasibi Məmmədnağı Əkbərov və Naxçıvan Muxtar Respublikası Prokurorunun Beynəlxalq Əlaqələr üzrə köməkçisi Emil Abdullayevin müvafiq mövzular üzrə çıxışları dinlənmişdir.
Təlimin yekununda tədris olunan mövzu ilə bağlı qiymətləndirmə mərhələsi keçirilmiş və iştirakçılara Maliyyə Tədris Mərkəzinin sertifikatları təqdim edilmişdir.
 Maliyyə Nazirliyinin Mətbuat Xidməti
DAVAMI
  • 55
Sosial şəbəkələrdə biz