Büdcədən maliyyələşdirilən təhsil müəssisələrində smeta xərclərinin planlaşdırılması, əmək haqqının və ştat vahidlərinin müəyyən edilməsi

Plan
  • Büdcə sistemi haqqında qanun.
  • Dövlət büdcəsinin tərtibi.
  • Təhsil müəssisələrinin funksional təsnifatı.
  • Təhsil müəssisələri üzrə əmək haqqının müəyyən edilməsinə dair qanunvericilik.
  • Təhsil müəssisələrində ştatların müəyyən edilməsinə dair normativ.
2018-ci il budce telimati
DAVAMI
  • 69

“Büdcə təşkilatlarında praktiki mühasibatlıq” mövzusunda təkmilləşdirici təlim öz işinə başlayıb

Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyi yanında Maliyyə Tədris Mərkəzində “Büdcə təşkilatlarında praktik mühasibatlıq” mövzusunda təkmilləşdirici təlim öz işinə başlayıb. Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyinin iclas zalında keçirilən təlimə müəyyən olunmuş büdcə təşkilatları üzrə 20 nəfər mühasibat işçisi dəvət olunub. Dörd gün ərzində keçiriləcək təlimdə büdcə təşkilatlarında smeta xərclərinin planlaşdırılması, xəzinə əməliyyatlarının, vergi uçotunun təşkili və maliyyə hesabatlarının hazırlanması kimi mövzular üzrə təlimlərin keçirilməsi nəzərdə tutulub. Təlim muxtar respublikada maliyyə və mühasibatlıq sahəsində çalışan işçilərin peşə hazırlığının təkmilləşdirilməsi, ixtisaslarının artırılması və yenidən hazırlanması, təhsilin yekunlarına görə dinləyicilərin peşəkar biliklərinin və işgüzar keyfiyyətlərinin qiymətləndirilməsi məqsədi daşıyır.


Tədbirin əvvəlində Naxçıvan Muxtar Respublikası maliyyə nazirinin müavini Elçin Əliyev iştirakçılara mərkəzdə keçirilən bu ilk təlimin mahiyyəti və gözlənilən nəticələrin əhəmiyyəti barədə məlumat verib. Sonra Maliyyə Tədris Mərkəzinin direktoru, iqtisad üzrə fəlsəfə doktoru Sevinc Cabbarova çıxış edərək, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2018-ci il 10 fevral tarixli Sərəncamı ilə yaradılmış Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyi yanında Maliyyə Tədris Mərkəzinin funksiyaları haqqında danışıb. Bildirilib ki, mərkəzin əsas məqsədi maliyyə və mühasibat işi sahəsində işləyənlərin peşə hazırlığının təkmilləşdirilməsini təmin etməkdən ibarətdir. Görüləcək işlər muxtar respublikada yüksəkixtisaslı kadrların hazırlanması və maliyyə intizamının daha da gücləndirilməsinə töhfə verəcək.Sonra gündəliyə uyğun olaraq Naxçıvan Muxtar Respublikası Maliyyə və Vergilər nazirliklərinin ekspertlərinin təqdimatları üzrə təlim davam etdirilib. İlk olaraq “Büdcə təşkilatlarında smeta xərclərinin planlaşdırılması” mövzusunda Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyinin Büdcə şöbəsinin müdiri Aləm Bağırovun “Büdcə təşkilatlarında smeta xərclərinin planlaşdırılması” mövzusunda çıxışı dinlənilib. İştirakçıların yüksək fəallığı şəraitində keçən təlim günü praktik iş, suallara cavab, sorğu-anketlərin doldurulması ilə başa çatıb. Təlimin davam etdiriləcəyi sonrakı günlərdə Maliyyə Nazirliyinin Xəzinə şöbəsinin müdiri Nurlan Hacıyevin, Vergilər Nazirliyinin Vergi ödəyicilərinə xidmət şöbəsinin rəisi Zahid Qənbərovun, nazirlik aparatının baş məsləhətçi-mühasibi Məmmədnağı Əkbərovun müvafiq mövzular üzrə çıxışları olacaq. Qeyd edək ki, təlimin yekununda tədris olunan mövzu ilə bağlı qiymətləndirmə mərhələsindən sonra iştirakçılara Maliyyə Tədris Mərkəzinin sertifikatları təqdim ediləcəkdir
DAVAMI
  • 104

Maliyyə hesabatlarının məqsədi və formaları

Maliyyə hesabatlarının məqsədi müxtəlif istifadəçilər tərəfindən resursların bölüşdürülməsi ilə bağlı qərarların qəbul edilməsi və qiymətləndirilməsi zamanı təşkilatın maliyyə vəziyyəti, maliyyə nəticələri və pul vəsaitlərinin hərəkəti haqqında informasiyanın təmin edilməsidir. Maliyyə hesabatları həmçinin, fasiləsiz əməliyyatlar üçün tələb edilən ehtiyatların və fasiləsiz əməliyyatlar vasitəsilə yaradıla bilən resursların həcminin, eləcə də, müvafiq risklərin və qeyri-müəyyənliklərin miqyasının proqnozlaşdırılması zamanı faydalı olan məlumatların təmin edilməsi vasitəsilə proqnozlaşdırıcı və ya prospektiv rola malik ola bilər. Xüsusilə, təşkilatlar tərəfindən ümumi təyinatlı maliyyə hesabatlarının məqsədləri qərar qəbulu prosesi ücün faydalı məlumatların təmin edilməsindən və təşkilatna həvalə edilən resurslar üzrə hesabatlılığın aşağıdakı vasitələrlə nümayiş etdirilməsindən ibarət olmalıdır:
a) Maliyyə resurslarının mənbələri, boluşdurulməsi və istifadəsinə dair məlumatların təmin edilməsi;
b) Təşkilatın öz fəaliyyətini necə maliyyələşdirməsinə və pul vəsaitinə olan ehtiyacının necə ödənilməsinə dair məlumatın təqdim edilməsi;
c) Təşkilatın öz fəaliyyətini, habelə, öhdəliklərin və məsuliyyətin yerinə yetirilməsi proseslərini maliyyələşdirməsi potensialının qiymətləndirilməsi zamanı faydalı olan məlumatların təmin edilməsi ;
d) Təşkilatın maliyyə vəziyyətinə və burada baş verən dəyişikliklərə dair məlumatların təmin edilməsi;
e) Xidmətlərin dəyəri, səmərəlilik və icra məsələləri üzrə təşkilatın fəaliyyətinin qiymətləndirilməsi zamanı faydalı olan ümumi məlumatların təmin edilməsi
DAVAMI
  • 74

Maliyyə hesabatları

Maliyyə hesabatları – istifаdəçinin konkret məlumat ehtiyaclarına cаvаb vеrən hеsаbаt tələb etmək hüququ оlmаdıqdа, оnun bu tələbatını ödəmək məqsədi ilə dövlət büdcəsindən maliyyələşən təşkilatın maliyyə vəziyyəti və maliyyə fəaliyyətinin nəticələrinin strukturlaşdırılmış təqdimatıdır. Maliyyə hesabatları əvvəlcədən müəyyənləşdirilmiş qaydada, xüsusi şəkildə hazırlanmış və təqdim olunmuş mühasibat qeydlərindən ibarətdir.  Hər bir hesabat müəssisənin maliyyə vəziyyəti və nəticələri barədə, lakin bir-birini tamamlayan məlumatlar verir. Xərclər smetasının icrası barədə büdcə idarə, müəssisə və təşkilatlarının hesabatları onların təsərrüfat-maliyyə vəziyyətini xarakterizə edən göstəricilər sistemidir. Həmin hesabatların tərtib və təsdiq edilməsi mühasibat uçotunun yekun mərhələsidir. Bu hesabatlar büdcə idarələrinin iqtisadi işini və maliyyə vəziyyətini xarakterizə edir, büdcə vəsaiti və maddi qiymətlilərin hərəkəti, digər plan və büdcə tapşırıqlarının icra edilməsinin vəziyyətini əks etdirir. Bu hesabatlar büdcə idarələrinin fəaliyyətinə nəzarət etmək, onlara rəhbərlik etmək, vəsaitlərin təyinatı üzrə və qənaətcil xərclənməsini təmin etmək üçün zəruri vasitədir. Büdcə idarələrinin hesabatları onların fəaliyyətinin iqtisadi təhlilinin də zərurivə əsas mənbəyidir. Ona görə də onlar dəqiq, düzgün, aydın tərtib olunmalı və vaxtında təqdim edilməlidir.
DAVAMI
  • 0
  • 78

Büdcə təşkilatları üçün Milli mühasibat uçotu standartları

Büdcə təşkilatları üçün Milli Mühasibat Uçotu Standartları Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 13 yanvar 2009-cu il tarixli əmri ilə təsdiq edilmişdir. Azərbaycan Respublikasında büdcə təşkilatları üçün tətbiq olunan aşağıdakı Milli Mühasibat Uçotu Standartları müəyyən edilmişdir.
  • Maliyyə hesabatlarının təqdimatı üzrə 1 №-li Milli Mühasibat Uçotu Standartı
  • Pul vəsaitlərinin hərəkəti haqqında Hesabatı üzrə2 №-li Milli Mühasibat Uçotu Standartı
  • Uçot siyasəti, uçot qiymətləndirmələrində dəyişikliklər və səhvlər üzrə 3 №-li Milli Mühasibat Uçotu Standartı
  • Xarici valyuta məzənnələrində dəyişikliklərin təsiri üzrə 4 №-li Milli Mühasibat Uçotu Standartı
  • Borclara aid edilən xərclər üzrə 5 №-li Milli Mühasibat Uçotu Standartı
  • Birləşdirilmiş (konsolidə edilmiş) və fərdi maliyyə hesabatları” üzrə 6 №-li Milli Mühasibat Uçotu Standartı
  • Asılı təsərrüfat cəmiyyətlərinə investisiyaların uçotu üzrə” 7 №-li Milli Mühasibat Uçotu Standartı
  • Birgə müəssisələrdə iştirak payları” üzrə 8 №-li Milli Mühasibat Uçotu Standartı
  • “Birja əməliyyatları üzrə gəlirlər” üzrə 9 №-li Milli Mühasibat Uçotu Standartları
  • “Hiperinflyasiya Şəraitində Maliyyə Hesabatları üzrə”10 №-li Milli Mühasibat Uçotu Standartı
  • “Tikinti müqavilələri” üzrə 11 №-li Milli Mühasibat Uçotu Standartı
  • “Ehtiyatlar” üzrə 12 №-li  Milli Mühasibat Uçotu Standartı
  • “İcarə” üzrə 13 №-li Milli Mühasibat Uçotu Standartı
  • “Balans hesabatı tarixindən sonrakı hadisələr” üzrə 14 №-li Milli Mühasibat Uçotu Standartları
  • “Maliyyə Alətləri: Məlumatın Açıqlanması və Təqdim edilməsi” üzrə
  • 15 №-li Milli Mühasibat Uçotu Standartı
  • Daşınmaz əmlaka investisiyalar” üzrə 16 №-li Milli Mühasibat Uçotu Standartı
  • “Torpaq, tikili və avadanlıqlar” üzrə 17 №-li Milli Mühasibat Uçotu Standartı
  • “Seqment Hesabatları” üzrə 18 №-li Milli Mühasibat Uçotu Standartı
  • “Qiymətləndirilmiş Öhdəliklər, Şərti Öhdəliklər və Şərti Aktivlər” üzrə 19 №-li Milli Mühasibat Uçotu Standartı
  • “Əlaqəli tərəflər haqqında məlumatın açıqlanması” üzrə 20 №-li Milli Mühasibat Uçotu Standartı
  • “Pul vəsaitləri yaratmayan aktivlərin qiymətdən düşməsi” üzrə 21 №-li Milli Mühasibat Uçotu Standartı
  • Ümumi Dövlət Sektoru haqqında Maliyyə Məlumatının Açıqlanması  üzrə 22 №-li Milli Mühasibat Uçotu Standartı
  • “Qeyri-birja əməliyyatları üzrə gəlirlər (Vergilər və Transferlər)” üzrə 23 №-li Milli Mühasibat Uçotu Standartı
  • “Maliyyə hesabatlarında büdcə məlumatlarının təqdimatı” üzrə 24 №-li Milli Mühasibat Uçotu Standartı
DAVAMI
  • 0
  • 144

Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyi yanında Maliyyə Tədris Mərkəzinin yaradılması barədə

Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyi yanında
Maliyyə Tədris Mərkəzinin yaradılması barədə
NAXÇIVAN MUXTAR RESPUBLİKASI ALİ MƏCLİSİ SƏDRİNİN
S Ə R Ə N C A M I
Naxçıvan Muxtar Respublikasında mühasiblərin peşə hazırlığının təkmilləşdirilməsi məqsədilə qərara alıram:
  1. Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyi yanında Maliyyə Tədris Mərkəzi yaradılsın.
  2. Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyi yanında Maliyyə Tədris Mərkəzinin Əsasnaməsini və ştat strukturunu hazırlayıb təsdiq etsin.
  3. Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.
Naxçıvan Muxtar Respublikası          Ali Məclisinin Sədri                                         VASİF  TALIBOV
Naxçıvan şəhəri, 10 fevral 2018-ci il
№ 220-05/S
DAVAMI
  • 69
Sosial şəbəkələrdə biz