“Ofis proqramları” adlı növbəti təlim keçirilib


29-31  may 2019-cu il tarixlərində Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyi yanında Maliyyə Tədris Mərkəzində Maliyyə Nazirliyinin əməkdaşları, Naxçıvan şəhər Maliyyə İdarəsinin və Qiymətli Metallara və Qiymətli Daşlara Nəzarət İdarəsinin əməkdaşları  üçün “Ofis proqramları” adlı təlim keçirilib.


DAVAMI
  • 73

Tələbələrlə növbəti görüş keçirilib

  
  

 Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyində hamiliyə verilmiş ixtisaslarda təhsil alan Naxçıvan Dövlət Universitetinin və “Naxçıvan” Universitetinin və Naxçıvan Texniki Kollecinin tələbələri ilə görüş keçirilib.
Görüşdə Maliyyə Nazirliyinin Aparatının rəhbəri Tural Şirəlizadənin və Maliyyə Nazirliyi yanında Maliyyə Tədris Mərkəzinin direktoru Sevinc Cabbarovanın çıxışları olub. Çıxışlar zamanı tələbələrlə keçirilən görüşlərin müntəzəm olacağının, yeni layihələrin qarşılıqlı fikir mübadiləsi aparılmaqla üzə çıxarılması və bu layihələrin gerçəkləşdirilməsində tələbələrə daim dəstək göstəriləcəyi bildirilib
DAVAMI
  • 46

28 May - Respublika Günü


Xalqımızın azadlıq və müstəqillik mübarizəsi tarixinə qızıl hərflərlə həkk olunmuş 1918-ci il mayın 28-i hər bir Azərbaycan vətəndaşının milli qürur hissi duyduğu, arzularının çiçək açdığı bir gündür. Əsrlərlə azadlıq və müstəqillik arzusu ilə yaşayan Azərbaycan xalqı ötən əsrin əvvəllərində bu işıqlı may günündə arzusuna qovuşdu. Şərqdə ilk dəfə azad, demokratik, dünyəvi dəyərlərə söykənən müstəqil bir respublikanın yarandığı dünyaya bəyan edildi. Xalqımız 1918-ci il mayın 28-də çar Rusiyasının bir əsrdən artıq davam edən müstəmləkə əsarətindən azad oldu, Şərqin ilk demokratik respublikasının təməlini qoydu. Həmin gün Azərbaycan Milli Şurasının iclasında İstiqlal Bəyannaməsi qəbul edildi. Azərbaycan Xalq Cümhuriyyətinin qurulması XX əsrdə xalqımızın həyatında yeni bir mərhələ, tarixi hadisə oldu.
DAVAMI
  • 42

Peşəkar mühasib sertifikatının verilməsi ilə bağlı qaydalar təsdiq edilib






Azərbaycan Respublikası  Nazirlər Kabineti "Peşəkar mühasib sertifikatının verilməsi prosesinin təşkili, imtahanların keçirilməsi və peşəkar mühasib sertifikatı almış şəxslərin dövlət reyestrinin aparılması Qaydaları"nı təsdiq edib.
Qaydalar “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2018-ci il 4 may tarixli 1140-VQD nömrəli Qanununun tətbiqi və “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 7 fevral tarixli 192 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 1 iyun tarixli 105 nömrəli Fərmanının 1.6.2-ci yarımbəndinin icrasını təmin etmək məqsədilə təsdiq edilib.
DAVAMI
  • 61

Gələcəyin mühasibləri üçün təlim keçirilib

Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyi yanında Maliyyə Tədris Mərkəzi tərəfindən tələbələr üçün“Büdcə təşkilatlarında praktiki mühasibatlıq” mövzusunda təlim təşkil edilib.
21 may 2019-cu il tarixdə start götürən təlim Naxçıvan Dövlət Universitetinin və Naxçıvan Universitetinin “Mühasibat uçotu və audit” ixtisası üzrə təhsil alan tələbələrini əhatə edib.
DAVAMI
  • 50

Tələbələrlə görüş keçirilib



Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyinin və Maliyyə Nazirliyi yanında Maliyyə Tədris Mərkəzinin əməkdaşları Naxçıvan Dövlət Universitetinin tələbələri ilə görüş keçirib. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Ali və orta ixtisas təhsilli müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsinə dair əlavə tədbirlər və innovasiyaların dəstəklənməsi haqqında” 2019-cu il 3 aprel tarixli Sərəncamından irəli gələn məsələlərin və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş müşavirə haqqında məlumat verib.
          
DAVAMI
  • 79

“Büdcə anlayışı” layihəsi çərçivəsində ilk təlim keçirilib


Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyi yanında Maliyyə Tədris Mərkəzinin təşkilatçılığı ilə Naxçıvan  şəhər Heydər Əliyev adına tam orta məktəbdə “Büdcə anlayışı” layihəsi çərçivəsində ilk təlim keçirilib.
70-dən çox məktəblinin iştirak etdiyi tədbirdə məktəbin direktoru Namiq Məmmədov təlimin əhəmiyyəti barədə məlumat verib.
Tədbirin mahiyyəti və aktuallığı barədə Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyi yanında Maliyyə Tədris Mərkəzinin direktoru i.ü.f.d. Sevinc Cabbarova məlumat verib.

DAVAMI
  • 81
Sosial şəbəkələrdə biz