Zahid Paşa oğlu Qənbərov


Zahid Paşa oğlu Qənbərov – Vergilər Nazirliyinin Vergi ödəyicilərinə xidmət şöbəsinin  rəisi
1995-2006-cı illərdə Qarxun kənd orta məktəbində təhsil almışdır. 2006-cı ildə Azərbaycan Dövlət İqtisad Universitetinin Türk Dünyası İşlətmə fakültəsinin Mühəndis iqtisadiyyatı və idarəetmə ixtisasına qəbul olmuş, 2010-cu ildə həmin ixtisas üzrə bakalavr dərəcəsi almışdır. 2010-cu ildə Naxçıvan Dövlət Universitetinin magistratura şöbəsinə daxil olmuş, 2014-cü ildə magistr dərəcəsi almışdır.
2008-2009-cu illərdə GSM mağazalar şəbəkəsində kredit mütəxəssisi vəzifəsində işləmiş, 2011-ci ildən Naxçıvan Dövlət Universitetində müəllim vəzifəsində çalışır, 2013-cü ildən isə Naxçıvan Şəhər Vergilər İdarəsində baş dövlət vergi müfəttişi vəzifəsində işləmişdir. 2014-cü ildən Naxçıvan Universitetinin İqtisadiyyat kafedrasının müəllimidir. Hal-hazırda Vergilər Nazirliyinin Vergi ödəyicilərinə xidmət şöbəsinin rəisi vəzifəsini icra edir.
2 test kitabı, 1 test bankı və 1 dərs kitabının müəllifidir.
Sosial şəbəkələrdə biz