Xəzinə şöbəsinin əməkdaşları ilə istehsalat təcrübəsi davam edir


Proqrama uyğun olaraq Xəzinə şöbəsinin əməkdaşları Ülvi Cəfərov və İbrahim Şərifov təcrübədə olan tələbələrə “Xəzinənin Tranzit Hesabına daxil olan gündəlik gəlir və xərclərinin təyinatı üzrə işlənməsinin həyata keçirilməsi və gündəlik balans hesabatının hazırlanması”,”Rayon (şəhər) üzrə maliyyə şöbələrinə XAKS-ların açılması və nəzarətini təmin etmək”, “Büdcə və büdcədənkənar smeta xərclərinin icrasına dair hesabat formalarının hazırlanması, xəzinədarlığa təqdim edilməsi və yoxlanılması” mövzuları haqqında əyani materiallar və slaydlar vasitəsilə geniş məlumat vermişdir. Sonda tələbələri maraqlandıran suallar şöbənin əməkdaşı tərəfindən cavablandırılmışdır.
DAVAMI
  • 99

Təcrübəçi tələbələr arasında “Ailənin mühasibi” adlı təlim keçirilib

Naxçıvan Muxtar Respublikasının yaranmasının 100 illik yubileyi və 15 iyun “Milli Qurtuluş Günü” münasibətilə Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyində istehsalat təcrübəsində olan Naxçıvan Dövlət Universitetinin IV kurs “Mühasibat uçotu” ixtisası üzrə əyani təhsil alan tələbələr üçün “Ailənin mühasibi” adlı təlim keçirilib.
DAVAMI
  • 102

Büdcə şöbəsinin əməkdaşı şöbənin işi haqqında tələbələri məlumatlandırıb.

Proqrama uyğun olaraq Büdcə şöbəsinin əməkdaşı Abbas Hüseynov təcrübədə olan tələbələrə “Dövlət büdcəsinin tərtibi və icrası”, ”Büdcə təşkilatlarının xərc smetalarının işlənməsi və nəzarəti, köçürmələrin reyestrdə qeydə alınması və agent-banka təqdim olunması” mövzuları haqqında əyani materiallar və slaydlar vasitəsilə geniş məlumat vermişdir. Sonda tələbələri maraqlandıran suallar şöbənin əməkdaşı tərəfindən cavablandırılmışdır.
DAVAMI
  • 103

Tələbələrin istehsalat təcrübəsi davam edir

Proqrama uyğun olaraq İqtisadi sahələrin maliyyəsi şöbəsinin əməkdaşı Elsun Əliyev təcrübədə olan tələbələrə “Mənzil – kommunal təsərrüfatı müəssisələrində gəlir və xərclər” mövzusu haqqında əyani materiallar və slaydlar vasitəsilə geniş məlumat vermişdir. Sonda tələbələri maraqlandıran suallar şöbənin əməkdaşı tərəfindən cavablandırılmışdır.
DAVAMI
  • 94
Sosial şəbəkələrdə biz