Maliyyə-iqtisad terminlər lüğəti işıq üzü görüb

Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyi yanında Maliyyə Tədris Mərkəzinin təşəbbüsü ilə Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyinin “Dövlət aparatının və hüquq-mühafizə orqanlarının maliyyəsi” şöbəsinin baş məsləhətçisi Xəlil Vəlizadə, “Milli iqtisadiyyatın maliyyəsi” şöbəsinin aparıcı məsləhətçisi Qənbər Xudiyev və Naxçıvan Muxtar Respublikasının əməkdar müəllimi İlhamə Məmmədovanın hazırladığı “Maliyyə-iqtisad terminlər lüğəti” nəşr edilmişdir.


Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 10 fevral 2018-ci il tarixli Sərəncamı ilə yaradılmış Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyi yanında Maliyyə Tədris Mərkəzi muxtar respublikada maliyyə və mühasibatlıq sahəsində çalışan işçilərin peşə hazırlığının təkmilləşdirilməsi, ixtisaslarının artırılması və yenidən hazırlanmasını, təhsilin yekunlarına görə dinləyicilərin peşəkar biliklərinin və işgüzar keyfiyyətlərinin qiymətləndirilməsini və bu sahədə digər zəruri tədbirlərin görülməsi işini həyata keçirir. Mərkəzin Əsasnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinin biri də tədris plan və proqramlarının, elmi-metodiki material və tədris vəsaitlərinin nəşr etdirilməsidir. Lüğətdə ölkədaxili maliyyə-iqtisad sistemində və beynəlxalq maliyyə əlaqələrində rast gəlinən maliyyə-iqtisad terminlərinin ingilis dilində qarşılığının verilməsi ölkədə maliyyə-iqtisad sahəsində vahid terminoloji mühitin yaradılmasına yardım edəcəkdir. Bu baxımdan lüğətin nəşri azərbaycan dilində işlədilən maliyyə-iqtisad terminlərinin ingilis dilində uyğunluğunun tapılması ilə davamlı və dinamik inkişaf strategiyasına əsaslanan elmtutumlu sahələrimiz üçün geniş müstəvidə imkanlar yaradacaqdır.Geniş oxucu kütləsinə təqdim olunan, 2700 söz və söz birləşməsini özündə əks etdirən bu lüğət iqtsadçılar, müvafiq sahədə çalışan alimlər, müəllimlər, tələbələr, maliyyə sisteminin inkişafında maraqlı olan bütün oxucu kütləsi, eləcə də sahibkarlıq fəaliyyəti ilə məşğul olanlar üçün çox faydalı mənbə rolunu oynayır. Lüğətdə qanunvericilikdə işlənən və iqtisad elminin bütün sahələrini əks etdirən söz və terminlərin, ifadələrin əksəriyyəti, həmçinin bir sıra iqtisadi təşkilatların adlı siyahısı, dünya ölkələrinin pul vahidlərini əks etdirən cədvəllər və onların ingilis dilinə uyğunluqları öz əksini tapmışdır. Lüğətin fərqləndirici cəhətlərindən biri də odur ki, burada maliyyə sahəsini xarakterizə edən söz və ifadələrlə yanaşı, həm də işgüzar məktublar, şikayətlər və ərizələr kimi rəsmi sənədlərin tərtibi zamanı istifadə olunan terminlərə də geniş yer verilib.Sözügedən azərbaycanca-ingiliscə tərtib olunan nəşr eyni zamanda Maliyyə Tədris Mərkəzinin təşəbbüsü ilə nəşr olunan ilk tədris materialıdır.Mərkəzin vəzifələrinin yerinə yetirməsini təmin etmək məqsədilə gələcək dövrlərdə də aktual mövzuları əhatə edən nəşrlərin dərc olunması nəzərdə tutulub

DAVAMI
  • 0
  • 26

Büdcədən maliyyələşdirilən təhsil müəssisələrində smeta xərclərinin planlaşdırılması, əmək haqqının və ştat vahidlərinin müəyyən edilməsi

Plan
  • Büdcə sistemi haqqında qanun.
  • Dövlət büdcəsinin tərtibi.
  • Təhsil müəssisələrinin funksional təsnifatı.
  • Təhsil müəssisələri üzrə əmək haqqının müəyyən edilməsinə dair qanunvericilik.
  • Təhsil müəssisələrində ştatların müəyyən edilməsinə dair normativ.
2018-ci il budce telimati
DAVAMI
  • 16

“Büdcə təşkilatlarında praktiki mühasibatlıq” mövzusunda təkmilləşdirici təlim öz işinə başlayıb

Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyi yanında Maliyyə Tədris Mərkəzində “Büdcə təşkilatlarında praktik mühasibatlıq” mövzusunda təkmilləşdirici təlim öz işinə başlayıb. Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyinin iclas zalında keçirilən təlimə müəyyən olunmuş büdcə təşkilatları üzrə 20 nəfər mühasibat işçisi dəvət olunub. Dörd gün ərzində keçiriləcək təlimdə büdcə təşkilatlarında smeta xərclərinin planlaşdırılması, xəzinə əməliyyatlarının, vergi uçotunun təşkili və maliyyə hesabatlarının hazırlanması kimi mövzular üzrə təlimlərin keçirilməsi nəzərdə tutulub. Təlim muxtar respublikada maliyyə və mühasibatlıq sahəsində çalışan işçilərin peşə hazırlığının təkmilləşdirilməsi, ixtisaslarının artırılması və yenidən hazırlanması, təhsilin yekunlarına görə dinləyicilərin peşəkar biliklərinin və işgüzar keyfiyyətlərinin qiymətləndirilməsi məqsədi daşıyır.


Tədbirin əvvəlində Naxçıvan Muxtar Respublikası maliyyə nazirinin müavini Elçin Əliyev iştirakçılara mərkəzdə keçirilən bu ilk təlimin mahiyyəti və gözlənilən nəticələrin əhəmiyyəti barədə məlumat verib. Sonra Maliyyə Tədris Mərkəzinin direktoru, iqtisad üzrə fəlsəfə doktoru Sevinc Cabbarova çıxış edərək, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2018-ci il 10 fevral tarixli Sərəncamı ilə yaradılmış Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyi yanında Maliyyə Tədris Mərkəzinin funksiyaları haqqında danışıb. Bildirilib ki, mərkəzin əsas məqsədi maliyyə və mühasibat işi sahəsində işləyənlərin peşə hazırlığının təkmilləşdirilməsini təmin etməkdən ibarətdir. Görüləcək işlər muxtar respublikada yüksəkixtisaslı kadrların hazırlanması və maliyyə intizamının daha da gücləndirilməsinə töhfə verəcək.Sonra gündəliyə uyğun olaraq Naxçıvan Muxtar Respublikası Maliyyə və Vergilər nazirliklərinin ekspertlərinin təqdimatları üzrə təlim davam etdirilib. İlk olaraq “Büdcə təşkilatlarında smeta xərclərinin planlaşdırılması” mövzusunda Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyinin Büdcə şöbəsinin müdiri Aləm Bağırovun “Büdcə təşkilatlarında smeta xərclərinin planlaşdırılması” mövzusunda çıxışı dinlənilib. İştirakçıların yüksək fəallığı şəraitində keçən təlim günü praktik iş, suallara cavab, sorğu-anketlərin doldurulması ilə başa çatıb. Təlimin davam etdiriləcəyi sonrakı günlərdə Maliyyə Nazirliyinin Xəzinə şöbəsinin müdiri Nurlan Hacıyevin, Vergilər Nazirliyinin Vergi ödəyicilərinə xidmət şöbəsinin rəisi Zahid Qənbərovun, nazirlik aparatının baş məsləhətçi-mühasibi Məmmədnağı Əkbərovun müvafiq mövzular üzrə çıxışları olacaq. Qeyd edək ki, təlimin yekununda tədris olunan mövzu ilə bağlı qiymətləndirmə mərhələsindən sonra iştirakçılara Maliyyə Tədris Mərkəzinin sertifikatları təqdim ediləcəkdir
DAVAMI
  • 20
Sosial şəbəkələrdə biz